• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi” böhranda: çempionatda 10-cu yer, kuboka erkən “əlvida”

Dünya futbolu

12-01-2023, 23:0

Dünya çempionatına görə yaranan fasilədən sonra İngiltərə premyer-liqasının klubları inanılmaz qrafiklə oynayırlar.

Həftədə iki oyun keçirən klublar əziyyət çəkir. “Çelsi” və “Mançester Siti” müxtəlif turnirlər çərçivəsində üç gün ərzində iki dəfə qarşılaşırsa, başqa nə deyəsən?!

Çempionat oyununda “şəhərlilər” güclü oldu – yanvarın 5-də Pep Qvardiolanın komandası Mahrezin yeganə qolu sayəsində səfərdə çətin qələbə qazandı. Futbol baxımından faciə deyil. Hər halda, Qrehem Potter yavaş-yavaş “Çelsi”nin mexanizmlərini sazlayırsa, “Siti”nin çoxdan balanslaşdırılmış və güclü heyəti var. Ancaq London klubu ətrafında artıq müəyyən neqativ fon formalaşıb – son 8 turda yalnız bir qələbə qazanan “Çelsi” 10-cu pilləyə yuvarlanıb.
Potter MS ilə çempionat oyunu ərəfəsində belə demişdi: “Mən o qədər sadəlövh deyiləm ki, belə nəticələrə görə tənqid və neqativ ilə üzləşməyəcəyimi düşünüm. Genişmiqyaslı keçid dövrü yaşamışıq, zədəlilərlə bağlı problem var. Belə şərtlər daxilində sabitliyi qorumaq çətindi. Ancaq bütün bunlar heç kimə maraqlı deyil. Adamları nəticə maraqlandırır və onlar deyirlər: “Ağzını yum, Qrem, bizə qələbələr lazımdı”.

Potterin durumu həqiqətən çətindi. Xüsusən də komandanı girinc edən zədə epidemiyasını nəzərə alanda. “Mançester Siti” ilə kubok oyununu zədə üzündən Kante, Broya, Çiluell, Ceyms, Loftus-Çik, Sterlinq, Pulişiç, Uesli Fofana və Mendi buraxdı. Bu isə heyətin formalaşmasına ciddi təsir göstərdi. Xüsusən də müdafiə xəttinə - dörd mövqedən üçündə gənc və tanınmayan Çaloba, Holl və Hamfris yer almışdı.

“Çelsi”dəki kadr problemi artıq neçə həftədi İngiltərə mediasının əsas mövzularından biridi. Şayiələrə inansaq, futbolçular məşq ritminə öyrəşə bilmirlər. Daim müalicə alan Ceymsin şəxsi məşqçisi odun üzərinə yağ töküb. O, futbolçunun növbəti zədəsinin ardından sosial şəbəkədə belə yazıb: “Deməyə sözüm çoxdu, ancaq dilimi saxlamalıyam”. Bir müddət sonra post silinib.

Bazar günü “Çelsi” yenidən “Siti” ilə qarşılaşdı və bu dəfə alçaldıcı hesabla (0:4) uduzdu, son 25 ildə ilk dəfə İngiltərə kubokunda mübarizəni belə erkən dayandırdı. Ancaq oyun nəticədən daha çox düşündürür – “zadəganlar” oyunboyu Qvardiolanın komandasının qapısına cəmi 3 zərbə vurdu. Alan Şirer oyundan sonra qəzəbini gizlədə bilmədi: “Çelsi”də nə enerji, nə sürüşmə fəndi - heç nə yox idi. Futbolçuların bədən dilinə baxmaq kifayətdi. Onlar sanki meydanda olmaq istəmədiklərini deyirlər. Zədələnmək istəməyən futbolçuların özünə heyfi gəlir. Bu isə yolverilməzdi”.

Aydındı ki, “Çelsi” hazırda böhran yaşayır. Artıq çoxdan bir müddət əvvəl Tomas Tuxeli əvəz edən Potterin mümkün istefası ilə bağlı şayiələr dolaşır. Həqiqətən də, yeni məşqçidə çox şey alınmır. Ancaq “Çelsi”də baş məşqçinin düşdüyü vəziyyəti anlayırlar. Klub mürəkkəb transformasiya dönəmini yaşayır və hətta yeni transferlərə yatırılan milyonlar da belə ağrılı prosesi maskalaya bilməz.

“Çelsi”nin hücumçularla bağlı problemi xüsusi xarakter daşıyır. Hələ Tuxelin dönəmində Lukaku geri – İtaliyaya göndərildi, onu əvəz edən Broya zədə aldı. Belədə Potterin sərəncamında yalnız Obameyanq qaldı ki, o da parlaq oyun göstərmir. Haverts isə məhsuldar hücumçu deyil, premyer-liqanın cari mövsümündə cəmi 4 dəfə fərqlənib. Bəli, klub təcili şəkildə “Molde”yə 12 milyon avro ödəməklə David Fofananı aldı ki, boşluğu doldursun. Ancaq hər kəsə aydındı ki, bu transfer əsas heyət üçün deyil. Münhenqladbax “Borussiya”sından Markus Türamın keçidi də fəal şəkildə müzakirə olunur. “Çelsi” mərkəz müdafiəçisi Benua Badyaşilə görə də “Monako”nun hesabına 38 milyon köçürdü. Ancaq yenə də bunun start heyətini gücləndirəcək transfer olunduğunu demək çətindi.

Roman Abramoviçi əvəz edən amerikalı Tedd Boeli yeni futbolçular almaqda səxavətlidi, ancaq onun transfer siyasəti hələ ki qarışıq və hətta bir qədər isterik xarakter daşıyır. Potter deyir: “Mən yalnız 4 aydı burdayam, onun da 5-6 həftəsi yığmalara görə itirilib. Qvardiola İngiltərədə nəsə qazanana qədər bir il getdi”.

Uğursuzluqların sıralanmasına baxmayaraq, baş məşqçinin mövqeyi yetərincə möhkəm görünür. Həmkarımız Ben Ceykobs yazır ki, klub bossları Potterin düşdüyü durumu anlayır, bu üzdən onu qovmağa tələsmirlər, üstəlik heyətin güclənməsi üçün pul qoymaqdadılar. Həm də futbol tarixində rekord məbləğdə dəbbəpulu ödədikləri mütəxəssisi bir neçə aydan sonra qovmaq yeni rəhbərliyin hamının gözü önündə öz ayağına güllə sıxmasına bərabərdi. Potter haqlıdı – istənilən halda ondan nəticə tələb edəcəklər. Heç də güclü heyətlə oynamayan “Mançester Siti”dən alınan acı məğlubiyyət “Çelsi”nin çoxsaylı problemlərini üzə çıxaran lakmus kağızıdı. Həmin problemləri isə Potter mümkün qədər tez həll etməlidi.

Potter son 10 oyunun altısında uduzub
“Çelsi”nin baş məşqçisi kimi 18 oyun keçirən Potter bunların 8-də qələbə qazanıb, 4-də heç-heçə edib, 6-da uduzub. Düzdü, bütün bu uğursuzluqlar son 9 oyuna təsadüf edib. Londonlular Çempionlar Liqasında Zaqreb “Dinamo”su üzərindəki qələbədən sonra yalnız 1 qələbə qazanıblar, 5 dəfə uduzublar və cəmi 3 top vurublar.
“Çelsi”nin son 10 oyunu
tarix turnir oyun qollar
25.10.2022 Çempionlar Liqası Zaltsburq (s) – 2:1 Kovaçiç, Haverts
29.10.2022 premyer-liqa Brayton (s) – 1:4 Haverts
02.11.2022 Çempionlar Liqası Dinamo Z (e) – 2:1 Sterlinq, Zəkəriyə
06.11.2022 premyer-liqa Arsenal (e) – 0:1 –
09.11.2022 Liqa kuboku Mançester Siti (s) – 0:2 –
12.11.2022 premyer-liqa Nyukasl (s) – 0:1 –
27.12.2022 premyer-liqa Bornmut (e) – 2:0 Haverts, Maunt
01.01.2023 premyer-liqa Nottingem Forest (s) – 1:1 Sterlinq
05.01.2023 premyer-liqa Mançester Siti (e) – 0:1 –
08.01.2023 İngiltərə kuboku Mançester Siti (s) – 0:4 –
cəmi: +3=1–6, topların fərqi – 8:16.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-10-2022, 20:0

“Çelsi”nin Potterlə müsbət statistikası

Dünya futbolu

9-01-2023, 12:0

"Çelsi"dən antirekord

Dünya futbolu

4-05-2022, 15:0

Ançelotti "Mançester Siti" tilsimini qıra bilmir

Dünya futbolu

30-04-2022, 23:0

"Mançester Siti"dən böyük hesablı qələbə

Dünya futbolu

17-05-2022, 23:0

Klopp: ''Mançester Siti'' çempion olacaq''

Dünya futbolu

28-10-2022, 18:0

“Çelsi”də yeni idman direktoru

Aktual
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
Son xəbərlər
  • Bu gün, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Bu gün, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Bu gün, 20:02
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Bu gün, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Bu gün, 18:32
    Parisi tərk edəcək
  • Bu gün, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Bu gün, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Bu gün, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Bu gün, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Bu gün, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Bu gün, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Bu gün, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Bu gün, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Bu gün, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Bu gün, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Bu gün, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Bu gün, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Bu gün, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Bu gün, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə