"Çelsi"dən antirekord

9.01.2023 12:23 244
Dünya futbolu
İngiltərə kubokunun 3-cü turunda "Mançester Siti" "Çelsi"ni 4:0 hesabı ilə məğlub edib.

Football-plus.az xəbər verir ki, bu görüş London klubunun tarixinə antirekord kimi yazılıb. Belə ki, son 25 il ərzində ilk dəfə "zadəganlar" İngiltərə kubokunun 3-cü mərhələsində turnirlə vidalaşıblar.

Qeyd edək ki, "Çelsi" son 7 matçının 5-də məğlub olub.