Niderland mundialın qrup mərhələsinin 1-ci turunun matçında Seneqalı 2:0 hesabı ilə məğlub edib.
Football-plus.az xəbər verir ki, bununla da komandanın dünya çempionatında quru oyunlar seriyası 4-ə çatıb. "Portağallar" 2014-cü ildə turnirdə bürünc medal qazanıblar. Avropalılar həmin mundialın 1/4 finalında Kosta-Rikanı penaltilər seriyasında məğlub edərək, əsas və əlavə vaxtları qolsuz bərabərliklə başa vurub. Yarımfinalın Argentina ilə matçından qolsuz bərabərliklə ayrılan “narıncılar” üçüncü yer uğrunda görüşdə Braziliyadan güclü olub - 3:0.