İki güləşçimiz dünya çempionatında 3-cü oldu

22.10.2022 23:20 384
İdman
Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.

"Footbal-plus.az" xəbər verir ki, Kənan Heybətov (70 kq) əvvəlcə rəqibi Lahure Vaduceyə (Şri-Lanka) təsəlliverici görüşə çıxmadığı üçün bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Bürünc uğrunda görüşdə Ozorbek Toktomambetova 8:5 hesabı ilə qalib gələrək medala sahib çıxıb.

İslam İlyasov (97) isə gürcüstanlı Andro Margişvilini 7:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul