“Barselona” La Liqanın 14-cü turunun “Osasuna” ilə oyununda qalib gəlib.
Komanda 2:1 hesablı qələbə ilə xalını 37-yə çatdıraraq liderliyini qoruyub. 14 oyuna 37 xal kataloniyalıların La Liqada ikinci ən yaxşı startıdı. “Barselona” bu planda ən yaxşı göstəriciyə 2011/12 və 2012/13 mövsümlərində nail olub. İspaniya nəhəngi hər iki mövsümün ilk 14 oyununda 40 xal toplayıb.