“Barselona” İspaniya çempionatının 4-cü turunda “Sevilya” ilə üz-üzə gəlib.
Görüş kataloniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Toplardan birinin müəllifi Robert Levandovski La Liqada “Barselona”nın heyətində 5-ci qolunu vurub.
Forvard Kriştiano Ronaldo və Radamel Falkaonun imza atdığı göstəricini təkrarlayıb. O, 21-ci əsrdə ilk dörd oyununda beş və ya daha çox qol vuran üçüncü oyunçu olub.