“Barselona”da debüt edə biləcək

27.08.2022 20:02 341
Dünya futbolu
Nəhayət, Jül Kundenin “Barselona”da debütü mümkün olacaq.

"Football-plus.az" xəbər verir ki, fransız müdafiəçi La Liqanın “Valyadolid”lə oyununda iştirak edə biləcək. Bunun ilk iki turda mümkün olmamasının səbəbi klubun onu bu liqada oynaması üçün zəruri sayılan qeydiyyatdan keçirə bilməməsi ilə bağlı idi. “Barselona” problemin həlli üçün Memfis Depay və Pyer-Emerik Obameyanqı satmağa məcbur idi. Bu hücumçular uyğun olaraq “Yuventus”un və “Çelsi”nin maraq dairəsində olsalar da, hələ də kataloniyalıların sıralarındadılar.

Amma Samuel Yumtitinin “Leççe”yə icarəyə verilməsi Kunde ilə bağlı problemi yoluna qoyub.