“El Klasiko”lar nə vaxt keçiriləcək?

25.06.2022 21:20 823
Dünya futbolu
İspaniya La Liqasında 2022/23 mövsümünün təqvimi açıqlanıb. Ölkə çempionatının ilk turunun oyunları avqustun 13-15-i aralığında keçiriləcək.

Açılış turunun təqvimini nəzərinizə çatdırırıq:

Atletik – Malyorka, “Barselona - Rayo Valyekano, Selta – Espanyol, Kadis – Real Sosyedad, Osasuna – Sevilya, Almeriya – Real, Xetafe – Atletiko, Valyadolid – Vilyarreal, Valensiya – Jirona.

La Liqada yeni mövsümün “El Klasiko”larının vaxtı da məlum olub. Turnirin rəsmi saytının məlumatına görə, “Real” və “Barselona” arasındakı ilk matç oktyabrın 16-da Madriddə (9-cu tur) keçiriləcək. Əzəli rəqiblər 2023-cü il martın 19-da Barselonada (26-cı tur) növbəti dəfə qarşılaşacaqlar. La Liqada növbəti mövsümə gələn il iyunun 4-də yekun vurulacaq.