Heç kimə sirr deyil ki, qarşıdakı dünya çempionatında diqqət mərkəzində olan futbolçulardan biri də Lionel Messi olacaq.
Karyerasında DÇ-dən başqa bütün önəmli titulları qazanan Leo üçün bu, son mundial olacaq. Bu arada argentinalı superulduz DÇ-nin favoriti qismində gördüyü yığmaların adlarını açıqlayıb:
''Favoritlər haqda bəhs edərkən adətən eyni komandalardan danışılır. Amma mütləq seçim etməli olsam Braziliya və Fransanın adını çəkərdim. Favoritim onlardı. Çünki uzun müddətdi bir yerdə oynayan ulduz oyunçulara malikdilər. Son AÇ-ni saymasaq, Fransa çox yaxşı futbol göstərir. Konkret oyun planları var və başlarında da Didye Deşam kimi the təcrübəli məşqçi dayanıb. Braziliya da Tite ilə bənzər bir durumdadı''.
Messinin favoritlər arasında Amerika Kubokunun son qalibi olan öz ölkəsi Argentinanı göstərməməsi diqqət çəkib. Bu məqam futbolsevərlər arasında heç də birmənalı qarşılanmayıb.