Çempionlar Liqasının “Reyncers”lə oyunu Roberto Firmino üçün əlamətdar olub.
O, “Liverpul”un 7:1 hesabı ilə qalib gəldiyi matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 31 yaşlı hücumçu ÇL-dəki məhsuldar ötürmələrinin sayını 12-yə çatdırıb. Roberto klubda bu göstəriciyə əsasən Stiven Cerrard ilə Ceyms Milnerə çatıb.