Del Pyero və Ravanellidən sonra 3-cü italyan oldu

13.10.2022 19:52 315
Dünya futbolu
Çempionlar Liqasının “Ayaks”la oyunu Cakomo Raspadori üçün əlamətdar olub.

O, “Napoli”nin 4:2 hesabı ilə qalib gəldiyi matçda komandasının 2-ci qolunu vurub. 22 yaşlı hücumçu ÇL-də ardıcıl üçüncü oyunda qapıya yol tapıb. Cakomo bu göstəriciyə əsasən Alessandro Del Pyero və Fabritsio Ravanellidən sonra 3-cü italyan futbolçu olub. “Yuventus”un sabiq hücumçuları 1995-ci ildə ÇL-də keçirdikləri ilk üç matçda qol vurmuşdular.