Hazırda superliqada lider olan ''Adana Dəmirspor''un prezidenti Murat Sancak klubun ''yutub'' kanalına açıqlamasında Mario Balotelli haqda danışıb.
Football-plus.az xəbər verir ki, məhşur italiyalı futbolçu Adana təmsilçisində bir mövsüm keçirdikdən sonra bu yay İsveçrə klubu ''Syon''a transfer olunmuşdu. Sancak bunları deyib:
''Balotellinin ayrılmağı xeyirli oldu. Çünki ötən mövsüm bitən kimi bizə ayrılmaq istədiyini dedi. Biz də düşündük ki, arada bir dəliliyi tutur. Amma İtaliyada keçdiyimiz toplanışın ardından ''qayıtmaq istəmirəm'' deyincə, mən də ''elədisə, qayıtma, özünə klub tapa bilməsən də, öz pulunu öz cibindən ödə ayrıl'' dedim. Amma hər şeyə rəğmən Balotellinin haqqını yeməməliyik. Həm şəhərimizi, həm də klubumuzu çox gözəl reklam etdi. Biz reklama 100 milyon avro xərcləsəydik belə, bu, Balotellinin bizə verdiyi faydaya çata bilməzdi. Çox özəl bir oyunçudu və bir il ərzində ondan gözəl şəkildə faydalandıq. Allah yolunu açıq eləsin. Onu yenə də sevirik. Bilmək olmaz, bir də gördün, 2 il sonra yenə bura qayıtdı. Amma ağıllı və mənim istədiyim bir şəkildə. Onunla heç vaxt sözümüz tərs gəlmədi. Son Montella olayında insanlar şəkillərə, görüntülərə baxaraq qərar verdilər. Amma orda daha çox günahkar Montella idi''.