Davide Santon karyerasını başa vurub. O, bu qərarı 31 yaşında verib.
Football-plus.az xəbər verir ki, “İnter”in yetirməsi olan Santon bu komandadan başqa “Çezena”, “Nyukasl” və “Roma”da da çıxış edib.
Karyerası boyunca zədə sindromundan əziyyət çəkən müdafiəçi klub səviyyəsində keçirdiyi 293 oyunda 2 qolun və 14 məhsuldar ötürmənin müəllifi olub. Davidenin İtaliya yığmasında 8 oyun keçirdiyini də xatırladaq.