• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Darmadağın! - KÖŞƏ

Yazarlar / Avropa Liqası

18-09-2022, 14:0

Vətənin ağır günləridi. 2020-nin noyabrında Cənubi Qafqazda erməni məsələsinin birdəfəlik həllinə imkan verməyən qüvvələr, dövlətlər yenə bu maşanı ortaya atıblar.

Son günlərdə 77 şəhid vermişək, gözüyaşlı Azərbaycan övladlarına yas tutur, duyğularımıza nifrət və qəzəb qarışıb, hər gün sərhədlərimizin keşiyində dayanan oğlanlarımıza dua etməklə yatıb-dururuq. Belə vəziyyətdə “Nant”la oyun təkcə “Qarabağ” yox, bütövlükdə Azərbaycan futbolu üçün bir sınaq idi. Söhbət artıq hansısa turnir vəzifəsinin həlli ilə bağlı planlardan, hesablamalardan getmirdi. Bakıya tarixən ermənipərəst mövqeyi ilə tanınan, torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında qalmasında müstəsna rol oynayan, son günlərdə də BMT Təhlükəsizlik Şurasının iclasında məhz Azərbaycanın qınanması üçün xüsusi canfəşanlıq göstərən Fransanın təmsilçisi gəlmişdi. O da sirr deyil ki, “böyük beşlik” klubları ilə mübarizədə ciddi çətinliklə üzləşirik, belələri üzərindəki hər qələbə qızıla bərabər tutulur. Bu mənada bütün ətrafda yaşananları ürəyinə salmamaq, anın fövqünə qalxıb turnir vəzifələrinə köklənmək üçün dəmir əsəblərə və iradəyə malik olmaq lazım idi. Qurban Qurbanov və “Qarabağ” bunu bacardı, özü də parlaq şəkildə. Əlbəttə, illər sonra nə mən, nə də bu yazını oxuyanlar həyatda olacaq, amma bu möhtəşəm qələbənin sözü-söhbəti nəsildən-nəslə keçəcək, Bakının erməni-rus işğalından azad olunmasının 104-cü ildönümündə, vətənin şəhidlər üçün göz yaşına boğulduğu günlərdə yazılan belə qəhrəmanlıq səhifəsi tarixdə böyük və əlahiddə yerini alacaq!

Gizlətməyə dəyməz, çoxları kimi mən də ilk yarının gedişini böyük təşviş içində izləyir, “Qarabağ”ın oyununun heç cür alınmaması, adi xətlərarası əlaqədəki bərbad durum ilə bağlı suallara qəlbimin dərinliyində cavab axtarırdım. O anlarda nəinki böyükhesablı qələbə, hətta 1 xal haqda düşünmək belə günah olardı. Faktiki oyun getmirdi, sanki meydana “Frayburq”la oyunun ilk 15-20 dəqiqəsində gördüyümüz “Qarabağ”ın surəti atılmışdı. İndi, yəni artıq möhtəşəm qələbənin emosiyalarını yaşayandan sonra mən ancaq güman edə bilərəm ki, futbolçular həmin gün alınan şəhid xəbərlərinin təsirindən bir qədər gec çıxıb, ya da Qurban bəy bilərəkdən belə taktika seçib ki, əvvəlcə rəqibin gücünə bələd olaq, nəyə qadir olduğunu bilək, bir qədər yoraq, 2-ci hissədə də həlledici zərbəni endirərik. Səbəblər və şərtlər hər nə olur-olsun, srağagünkü qələbəyə “adi” təyinini yapışdıra bilmərəm. Bu o qədər qeyri-adi qələbədi ki, hətta Səmərqənddə yetərincə vacib məsələlərin həlli ilə məşğul olan İlham Əliyev də biganə qalmadı. Bu darmadağın ermənilərə və onların əsas havadarlarından biri Fransaya ünvanlanan tərs şapalaq idi. Mən hətta məhlə uşağı səviyyəsinə enib, aşağılayıcı ifadələr də işlədə bilərəm. Yox, qoy qalsın, inşallah, “Qarabağ” turnir vəzifəsinin öhdəsindən gələndən sonra ona da növbə çatacaq.

Turnir vəzifəsi deyəndə ki... Hər şey çox sadədi, mənzərə ortadadı və aydındı. “Qarabağ” son qələbə ilə həm də üzərindəki məsuliyyət yükünü artırdı. Fikrimcə, indi əsas hədəf qarşıdakı iki oyunda “Olimpiakos”dan 4 xal qoparmaq olmalıdı. Belədə xalımızı 7-yə çatdırır, Yunanıstan nəhəngini isə faktiki qrupda saxlayırıq. Məhz həmin o 4 xalı qazanandan sonra mübarizəni Avropa, yoxsa Konfrans Liqasında davam etdirməyin məqsədəuyğunluğu ilə bağlı düşünə, incə turnir hesabları cıza bilərik.

“Qarabağ”ın təcrübəsi öz yerində, “Nant” üzərindəki parlaq qələbə komandada özünəinam hissini də artırmalıdı. Biz bu qrupda istənilən rəqibdən nəinki 1, hətta 3 xal da ala bilərik. Çox təəssüf ki, “Frayburq”la oyunda gözəl imkanı əldən verdik. O qorxunc 15-20 dəqiqə olmasaydı, indi “Qarabağ”ın ən azı 4 xalı var idi. Yenə də gec deyil. İlk hədəf “Olimpiakos”dan 4 xal almaq, sonrakı hədəf “Nant”la “Frayburq”un “kefinə soğan doğramaqdı”. Haydı, irəli! Getdik!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

14-09-2022, 10:0

"Nant" "Qarabağ" üçün Bakıya gəldi

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Dünən, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • 30-07-2026, 23:0
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • 30-07-2026, 23:0
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • 30-07-2026, 22:0
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə