• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Ağlım və ürəyim artıq Mançesterdə idi"

Dünya futbolu

16-09-2022, 23:0

“Transfer pəncərəsi”nin son günlərində bonuslar daxil olmaqla 100 milyon avroya “Ayaks”dan “Mançester Yunayted”ə keçən Antoni yaya damğasını vurdu.

Premyer Liqada “Arsenal” kimi güclü rəqiblə oyunda debüt edən və qol vurmağı bacaran braziliyalı azarkeşlərin könlünü aldı. “Qırmızı şeytanlar”ın pərəstişkarları indi vingerdən az qala hər matçda belə performans gözləyir. Antoni artıq klub kanalına müsahibə verməyə də imkan tapıb.

- Erik ten Haq “Yunayted”ə gəldiyi gündən bəri sənin də bu komandaya keçəcəyin haqda şayiələr dolaşırdı. Ümumiyyətlə, bu yay sənin üçün necə keçdi?
- Ten Haq əla məşqçidi. Ona böyük hörmətim və bağlılığım var. “Ayaks”a qoşulduğum vaxtdan mənə əla münasibət göstərdi və inandı. Təsadüfi deyil ki, başçılığı altında 2 il ərzində əla formamı qorudum. Aramızda qarşılıqlı inam və anlaşma hissləri yarandı. Hörmət etdiyim və sevdiyim çalışdırıcıdı. MY-yə gedəcəyini biləndə ona ən xoş arzularımı çatdırdım və layiq olduğu bütün uğurları qazanmağı dilədim. İndi yenidən bir komandadayıq. Onunla inkişaf edəcəyimə və birgə tarix yazacağımıza əminəm.

- “Ayaks”da keçirdiyin illərə görə bu kluba minnətdarsan?
- Bu suala cavab verməmək də olar! “Ayaks” qapılarını üzümə açan klubdu, orda özümü evdəki kimi hiss edirdim. Ancaq indi yeni çağırışım var. “Ayaks” getməyimə icazə verməklə bu işdə vacib rol oynadı. Bu kluba hər şeyə görə minnətdaram!

- “Yunayted”də yeganə braziliyalı deyilsən. Komandada Fred və Kazemiro kimi futbolçuların olduğuna sevinirsən?
- Burda həmyerlilərimi görməyə çox xoşbəxtəm! Onlarla millidə oynayırıq, indi isə burda da bir yerdəyik. Hər ikisindən çox şey öyrənəcəyimə ümid edirəm. Fred mənə MY haqda çox danışıb. Dostlarımla yeni klubumda böyük uğurlar qazanacağıma inanıram.

- Kazemiro ilə təkcə yığmada yox, həmçinin vaxtilə “San Paulu”da oynamısız...
- Bəli, hər ikimiz bu klubda çıxış etmişik. Ancaq yaş fərqinə görə heç vaxt əsas komandanın heyətində birgə meydana çıxmamışıq. Mənim üçün onunla oynamaq və eyni paltardəyişmə otağını bölüşmək xüsusi bir hiss olacaq. Hər ikimizin “San Paulu”nun yetirməsi olmağımız, indi isə “Yunayted” kimi böyük kluba keçməyimiz əladı! Bir-birimizə yazdığımız mesajlarda ciddi uğurlar əldə edəcəyimizə inandığımızı qeyd etmişik.

- MY-nin daha bir futbolçusunu əla tanıyırsan. Söhbət Lisandro Martinesdən gedir. Yenidən onunla birlikdə oynamaq üçün səbirsizlənirsən?
- “Ayaks”da birgə 2 il çıxış etdik, həqiqətən möhkəm dostluq əlaqələrimiz yarandı. Ona və yaxşı tanıdığım ailəsinə hörmətim böyükdü. Yenidən eyni komandada olduğumuz üçün sevinirəm. Transferim rəsmiləşdiyi günlərdə tez-tez mənə yazırdı. Liça futbolda qazandığım əla dostdu.

- Özünü futbolçu kimi necə təsvir edərdin? Meydanda ən çox nə etməyi xoşlayırsan?
- Güclü tərəflərim texnika, driblinq və kreativdi. Yəqin ki, sonuncu elə əsas keyfiyyətimdi. Driblinq göstərməyi, komanda yoldaşlarım üçün rahat ötürmələr verməyi çox sevirəm.

- Bəs oynayarkən ən çox nədən həzz alırsan?
- Driblinqdən. Axı bu, braziliya üslubudu, elə deyil? Driblinq, sürət, vurulan toplar, azarkeşlərlə birgə qeyd edilən qollar – hamısından həzz alıram.

- Həmişə vinger mövqeyində oynamısan? Hətta “San Paulu”nun aşağı yaş komandasında?
- Hər zaman üç mövqedən birində çıxış etmişəm: sağ və ya sol vinger, ya da “10 nömrə” kimi.

- Uşaqlıq kumirin kim idi?
- Onların sayı çox olub, ancaq driblinqi xoşladığım üçün Ronaldinyo və Ronaldonu (həmyerlisini nəzərdə tutur – red.) adlarını çəkərdim. Onlara həmişə heyran olmuşam.

- Bəs “Yunayted” futbolçularından kiminsə oyununu yaxından izləmisən? Bu klubda xeyli əfsanəvi vingerlər çıxış edib...
- Bəli, MY-də bir sıra oyunçuların çıxışını diqqətdə saxlamışam. Məsələn, Naninin. Ümumiyyətlə, bu ənənəni davam etdirmək, azarkeşləri futbolumla sevindirmək istəyirəm. Söhbət təkcə driblinqim və hücumdakı oyunumdan getmir. Sürüşmə fəndi yerinə yetirmək, geriyə çəkilmək və ya rəqibin hansısa futbolçusunu “bağlamaq” lazım gəlsə, bunu böyük həvəslə edərəm.

- Ten Haqın işində səni ən çox heyrətləndirən nədi?
- Yüksək intellektini hər şeydən çox bəyənirəm. Taktiki biliyi, oyun strategiyası, hücum futboluna və pressinqə sadiqliyi – Ten Haqla birgə işlədiyim 2 il ərzində onu yaxşı öyrəndim. MY-yə gəlişindən sonra evdə bu komandanın matçlarına baxır, onun eyni üslubu tətbiq etməyə çalışdığını görürdüm. İndi isə burdayam və yenidən onunla çalışmaq imkanı qazanmışam.

- Bəs transferindən 1 həftə əvvəl baş tutan “Liverpul”la oyuna baxdın?
- Əlbəttə! “Yunayted” qol vuranda sanki tribunada əyləşən azarkeş kimi sevinirdim. Matçı çox diqqətli izlədim, komandanın qalib gəlmək istəyi və həmrəyliyi gözə dəyirdi. Görüşə əvvəldən axıra qədər baxdım, qələbədən çox razı qaldım və 3 xalı xeyli bayram etdim!

- Yəqin ki, bundan sonra “Old Trafford” ab-havasının bir hissəsinə çevrilməyi daha çox istədin?
- Bunu arzulayırdım, gecələr yatmırdım, daim necə olacağını düşünürdüm. Ağlım və ürəyim artıq Mançesterdə idi. Ten Haq və klubda olan hərkəs burda olmaq, MY-nin futbolkasını geymək istəyimdən xəbərdar idi.

- Bəs meydandan kənarda özünü necə təsvir edərdin?
- Çox sakit və ailəcanlı insanam. Bir oğlum var, vaxtımı onunla keçirməyi xoşlayıram. Evdə dostlarımla deyib-gülməyi sevirəm. Ailəmə çox bağlıyam, ancaq evimizdə çoxlu qonaqların olması da ürəyimcədi.

- Çətin keçən uşaqlığın haqda çox oxumuşam. San Pauluda böyümək necə hissdi?
- Uzun hekayədi. Həyatımda xeyli çətin anları geridə qoymuşam. İndi məni növbəti çağırışın gözlədiyini bilirəm. Uşaqlığım çox ağır keçib. Evimizdə nəinki futbol oynamaq üçün buts, bəzən heç yemək də olmayıb. Hərdən gecə saat 3-də və ya 4-də evimizdə “sel” baş verəndən sonra su əskiylə sıxıb vedrələrə sıxırdım. Çətin vaxtlar idi, amma problemləri təbəssümlə geridə qoydum. Əminəm, buna dəyərdi, çünki indi o zaman çəkdiyim əziyyətin bəhrəsini görürəm. Hələ çox hekayələrim var, bir gün danışaram. Mənim üçün, nəhayət, “Yunayted”ə keçmək böyük şərəfdi. Bir sözlə, həmin yolu boş yerə qət etməmişəm.

- Doğrudu ki, uşaqlıq qəhrəmanın qardaşım olub?
- Bəli! İndi də burda, mənimlə birgədi. Həmişə mənim kumirim olub, yaxşı və pis günlərimdə məni tək qoymayıb. Hazırda da gözəl anlarımı onunla bölüşmək istəyirəm. Onu çox sevirəm!

- Futbolla bağlı ən erkən xatirələrin haqda danışa bilərsən?
- “San Paulu”da peşəkar səviyyədə oynamağa başlayanda favelada (Braziliyada əsasən dağlıq hissədə yerləşən şəhərlərin xarabalıqları – red.) yaşayırdım. Ordakı insanlar hər dəfə məni televizorda görəndə hələ də köçmədiyimə inana bilmirdi. Həmin vaxt bunun üçün imkanımın olmadığını anlamırdılar. Ən erkən xatirələrim? Ayaqyalın oynamağım, çünki buts almağa pulum yox idi. Günortadan qaranlıq düşənə qədər dostlarımla birgə top qovurduq. Amma istənilən halda, xoş xatirələrdi, onları sizinlə bölüşməkdən utanmıram. Sona MY-yə gəlmək üçün bütün bunlardan keçməyə dəyərdi. Ümumiyyətlə, həyatda nəyi istəmişəmsə, həmişə hədəfimə çatmışam. Hər zaman təkcə A planım olub: peşəkar futbolçuya çevrilmək. B planı haqda düşünməmişəm. İllər ərzində yalnız planımı, arzumu, ailəmin xəyalını reallaşdırmağa köklənmişdim.

- Bəs futboldan başqa hansı hobbin var? Həftəsonu nə etməyi xoşlayırsan?
- Hər şey konkret gündən asılıd. Məsələn, oğlumla gəzintiyə çıxa və ya özümə nəsə almaq üçün mağazalara gedə bilərəm. Ya da işlərdən uzaqlaşmaq və istirahət gününün ləzzətini çıxarmaq üçün dostlarımla kart oynamağı üstün tutaram. Bəlkə də ailəm və dostlarımla birgə şam etmək üçün restorana gedə, ya da evdə qalıb videoyunlar və ya bilyard oynaya bilərəm.

- Ailən “Yunayted”ə keçdiyinə görə şaddı?
- Anam hər gün mənə zəng edir, atam isə daim mesajlar yazırdı. Bacım da hər dəfə “işlərin necədi? Hər şey alındı? Vəziyyət yaxşıdı?” tipli ismarıclar göndərirdi. Sanki bu transfer onları məndən çox həyəcanlandırırdı. Nəhayət, onlara şad xəbəri çatdıranda isə gözyaşlarına hakim ola bilmədilər! Ailəm çox sadədi, birimiz uğur qazananda Tanrıya minnətdarlığımızı bildirir və qət etdiyimiz çətin yolu xatırlayırıq.

- Sonda MY azarkeşlərinə nə demək istərdin?
- İlk növbədə mənə yazdıqları bütün xoş sözlərə görə onlara təşəkkür edirəm. Mənə inandığımız üçün sağ olun! Çox xoşbəxtəm və hər birinizə minnətdaram! Bu futbolkanı geymək gerçəkləşən arzumdu. Böyük istəklə oynayacağıma, ürəyimi meydanda qoyacağıma əmin ola bilərlər!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-08-2022, 15:0

“Mançester Yunayted” "Ayaks"ın futbolçusu üçün 100 milyon verir

Dünya futbolu

29-08-2022, 23:0

Antoni "MY"in bazasındadı

Dünya futbolu

15-08-2022, 20:0

"Ayaks" futbolçusunu "Mançester Yunayted"ə satmaqdan imtina etdi

Dünya futbolu

19-08-2022, 20:0

MY Antoni transferində israrlıdı

Dünya futbolu

22-08-2022, 17:0

"Ayaks"dan "Mançester Yunayted" ə

Dünya futbolu

23-08-2022, 17:0

"Mançester Yunayted" 90 milyon avro ödəyəcək

Aktual
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
Son xəbərlər
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Dünən, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Dünən, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 244
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 230
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 197
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə