"Ayaks"dan "Mançester Yunayted" ə

22.08.2022 17:21 379
Dünya futbolu
İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, "qırmızı şeytanlar" "Ayaks"ın hücumçusu Antoni Mateus dus Santusu transfer edib. Bu barədə jurnalist Nikolo Şkira tvitter hesabında məlumat yayıb.

Premyer-liqa təmsilçisi braziliyalı forvardla 5 illik müqavilə imzalayacaq. "Mançester Yunayted"in 22 yaşlı futbolçu üçün Amsterdam təmsilçisinə 90 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Antoni "Ayaks"a 2020-ci ilin yayında Braziliyanın "San Paulu" klubundan transfer olunub. "Sambaçı" Niderland təmsilçisinin heyətində meydana çıxdığı 82 matçda 24 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.