"Footbal-plus.az" xəbər verir ki, portuqaliyalı hücumçu "instaqram"dakı fanat hesabında transfer xəbəri ilə bağlı paylaşıma münasibət bildirərkən yazıb:
“Bir neçə həftədən sonra müsahibə verəndə həqiqəti biləcəklər. Mətbuat yalan danışır. Onların son bir neçə ayda yazdıqları 100 xəbərdən yalnız 5-i doğru idi. Təsəvvür edin, bu necədi”.
Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.



