Lukakunun aqibəti müəyyənləşdi

30.08.2022 23:00 287
Dünya futbolu
“İnter”in məşqində zədələnən Romelu Lukakunun aqibəti müəyyənləşib.

Tibbi müayinədən keçən belçikalı hücumçunun sol bud nahiyəsində burxulma aşkar edilib. Onun vəziyyətinin gələn həftə yenidən qiymətləndiriləcəyi vurğulanıb. Lukaku A seriyasının “Kremoneze” və “Milan”la matçlarında iştirak etməyəcək. Onun Çempionlar Liqasının qrup mərhələsinin “Bavariya” ilə sentyabrın 7-nə təyin olunan oyununu buraxa biləcəyi də ehtimal olunur.