• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

DÇ həyəcanı: 1-dən 22-yə qədər

Dünya futbolu

14-08-2022, 11:0

FİFA rotasiya prinsipinə sadiq qaldığından budəfəki mundial Avropada keçirilməliydi.

Turnirə ev sahibliyi etmək üçün 3 ölkə - İngiltərə, AFR və İspaniya mübarizə aparırdı. Məsələyə 1960-cı ildə Romada baş tutan konqresdə aydınlıq gəldi. İspanlar namizədliyini geri götürdü, ingilislər isə səsvermədə almanları üstələdi. Seçim anlaşılan idi: 1963-cü ildə İngiltərə Futbol Assosiasiyası 100 illik yubileyini qeyd edəcəkdi.

İngiltərənin yeganə uğuru, oğurlanan kubok və Bəhramovun qərarı
Seçmə mərhələ 1965-ci ilin yanvarında start götürdü və maraqlı hadislərlə zəngin oldu. Ev sahibi İngiltərə ilə son çempion Braziliya birbaşa final mərhələsindəki yerlərini aldılar. FİFA Asiya, Afrika və Okeaniya komandalarının son iki mundialda çıxış etmədiyini nəzərə alaraq, sözügedən regionlar üçün 1 (!) vəsiqə ayırdı. Bu qərarı özlərinə təhqir sayan “qara qitə”nin təmsilçiləri mübarizə aparmaqdan boyun qaçırdılar. Nəticədə 15 milli komanda seçmə mərhələni boykot etdi, CAR yığması isə yerli hökumətin ağdərili olmayan əhaliyə münasibətdə keçirdiyi diskriminasiya və seqreqasiya siyasətinə görə yarışdan kənarlaşdırıldı. Bu isə ona gətirdi ki, yeganə vəsiqənin taleyinə KXDR ilə Avstraliya arasında keçirilən iki oyunda aydınlıq gəldi. Asiyalılar rəqibini üstələməklə böyük sensasiyaya imza atdılar. Avropa zonasında gözlənilməz nəticələr qeydə alındı. DÇ-62-nin birdən-birə 4 ən yaxşı komandasından ikisi budəfəki mundialdan kənarda qaldı: yarımfinalçı Yuqoslaviya Fransaya, finalçı Çexoslovakiya isə Portuqaliyaya uduzdu.
Final mərhələsinin reqlamenti dəyişilməz qaldı: 16 komanda 4 qrupa bölündü. Sonuncu iki “kvartet”də sensasiyalar baş verdi. 3-cü qrupda axırıncı iki mundialın qalibi olan Braziliya millisi 1/4 finala vəsiqə qazana bilmədi. Bunun əsas günahkarı turnirə həmin vaxt ən yaxşı formada olan yox, təcrübəli futbolçuları gətirən baş məşqçi Visente Feola oldu. Təsadüfi deyil ki, KİV bu komandasını “təqaüdçülər” adlandırırdı. Əvəzində baxımlı futbolla seçilən iki yığma – Portuqaliya və Macarıstan pley-offa yüksəldi. 4-cü qrupda isə həmyerlimiz Anatoli Banişevskinin də heyətində yer aldığı SSRİ millisinin liderliyi heç kimi təəccübləndirməsə də, KXDR-in İtaliya kimi güclü rəqibi qabaqlaması hamını şoka saldı.
1/4 finalın ən yaddaqalan oyunu KXDR ilə Portuqaliya arasında baş tutdu. Asiyalılar ilk 25 dəqiqə ərzində rəqib qapısından 3 top keçirəndən sonra çoxları artıq məsələnin həll olunduğunu düşünürdü. Ancaq bu an səhnəyə “qara pantera” ləqəbli Eysebio çıxdı! Mozambik əsilli superforvard 33 dəqiqə ərzində pokerini (futbolçu iki dəfə oyundan, daha iki dəfə isə özünün qazandığı penaltilərdən fərqləndi) rəsmiləşdirərək bütün proqnozları alt-üst etdi! Növbəti gün İngiltərə qəzetlərində bu başlığı görmək olardı: “Eysebio – KXDR 5:3”.
Yarımfinalda İngiltərə Portuqaliyaya, AFR isə SSRİ-yə eyni hesabla qalib gəldi – 2:1. Almanların bu matçda kobud oyunu qeyd olunmalıdı. Belə epizodların birindən sonra mundiallarda əvəzetmələrə hələ icazə verilmədiyindən Yojef Sabo meydanda qalsa da, artıq komandaya heç nə ilə kömək edə bilmirdi. Üstəlik kapitan Albert Şesternyov da iynə gücünə bu görüşə çıxmışdı. Turnirdə özünü yaxşı tərəfdən göstərən İqor Çislenko isə təxribatlara dözməyərək ilk hissənin sonunda komandasını azlıqda qoydu. Hallerin qolundan əvvəl hakimin məhz ona qarşı kobudluğa göz yumduğunu xatırladaq. Bu vəziyyətdə Lev Yaşinin əla qurtarışlarının da köməyi olmadı.
“Uembli”dəki finalı azarkeşlər hələ də tez-tez xatırlayır. Əsas vaxtda qalib müəyyənləşmədi, ən maraqlı hadisə isə 101-ci dəqiqədə yaşandı. Ceffri Herstin zərbəsindən sonra tirə dəyərək qapı xətti üzərindən meydana qayıdan topun qol olub-olmaması hələ də mübahisə doğurur. Həmin an qərar verməkdə çətinlik çəkən isveçrəli hakim Qottfrid Dinst laysman Tofiq Bəhramovdan kömək istədi, həmyerlimiz isə qətiyyətlə “qol” işarəsini göstərdi. Əlavə vaxtın son dəqiqəsində almanları daha bir dəfə məyus edən Herst het-trikini rəsmiləşdirdi.
Beləliklə, futbolun yaradıcıları evdə keçirilən mundialın qalibi oldular. Qəribə səslənsə də, bu, heyətində hər zaman güclü futbolçuların yer aldığı İngiltərə millisinin böyük turnirlərdə bugünədək yeganə belə uğurudu.

DÇ-1966 – İNGİLTƏRƏ
Vaxt: 11–30 iyul
Oyunların keçirildiyi şəhərlər: Birmingem, Liverpul, London, Mançester, Midlsbro, Sanderlend, Şeffild
Oyunların keçirildiyi stadionların sayı: 8
İştirakçılar (4 konfederasiyadan 16 milli komanda): AFR, Argentina, Bolqarıstan, Braziliya, Çili, Fransa, İngiltərə, İspaniya, İsveçrə, İtaliya, KXDR, Macarıstan, Meksika, Portuqaliya, SSRİ, Uruqvay.
Oyun sayı: 32
Qol sayı: 89 (orta hesabla 2,78)
Poker: 1
Het-trik: 1
Penalti: 8 (hamısı dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 21 (5)
Avtoqol: 2
Tamaşaçı sayı: 1563135 (orta hesabla 48848)
1-ci yer: İngiltərə
2-ci yer: AFR
3-cü yer: Portuqaliya
4-cü yer: SSRİ
Bombardir: Eysebio (Portuqaliya) – 9
Turnirin rəmzi yığması
Qapıçı – Qordon Benks (İngiltərə); müdafiəçilər – Corc Koen, Bobbi Mur (hər ikisi İngiltərə), Volfqanq Veber (AFR), Silvio Marsolini (Argentina); yarımmüdafiəçilər – Frants Bekkenbauer (AFR), Mariu Koluna (Portuqaliya), Bobbi Çarlton (İngiltərə); hücumçular – Eysebio (Portuqaliya), Ceffri Herst (İngiltərə), Helmut Haller (AFR).

1-ci qrup: İngiltərə - Uruqvay 0:0, Fransa – Meksika 1:1, Uruqvay – Fransa 2:1, İngiltərə - Meksika 2:0, Uruqvay – Meksika 0:0, İngiltərə - Fransa 2:0.
1. İngiltərə 3 2 1 0 4-0 5
2. Uruqvay 3 1 2 0 2-1 4
3. Meksika 3 0 2 1 1-3 2
4. Fransa 3 0 1 2 2-5 1
2-ci qrup: AFR – İsveçrə 5:0, Argentina – İspaniya 2:1, İspaniya – İsveçrə 2:1, AFR – Argentina 0:0, Argentina – İsveçrə 2:0, AFR – İspaniya 2:1.
1. AFR 3 2 1 0 7-1 5
2. Argentina 3 2 1 0 4-1 5
3. İspaniya 3 1 0 2 4-5 2
4. İsveçrə 3 0 0 3 1-9 1
3-cü qrup: Braziliya – Bolqarıstan 2:0, Portuqaliya – Macarıstan 3:1, Macarıstan – Braziliya 3:1, Portuqaliya – Bolqarıstan 3:0, Portuqaliya – Braziliya 3:1, Macarıstan – Bolqarıstan 3:1.
1. Portuqaliya 3 3 0 0 9-2 6
2. Macarıstan 3 2 0 1 7-5 4
3. Braziliya 3 1 0 2 4-6 2
4. Bolqarıstan 3 0 0 3 1-8 0
4-cü qrup: SSRİ – KXDR 3:0, İtaliya – Çili 2:0, KXDR – Çili 1:1, SSRİ – İtaliya 1:0, KXDR – İtaliya 1:0, SSRİ – Çili 2:1.
1. SSRİ 3 3 0 0 6-1 6
2. KXDR 3 1 1 1 2-4 3
3. İtaliya 3 1 0 2 2-2 2
4. Çili 3 0 1 2 2-5 1
1/4 final
İngiltərə - Argentina 1:0
Herst, 78.
AFR – Uruqvay 4:0
Haller, 11; 83. Bekkenbauer, 70. Zeeler, 75.
SSRİ – Macarıstan 2:1
Çislenko, 5. Porkuyan, 46 – Bene, 57.
Portuqaliya – KXDR 5:3
Eysebio, 27; 43-p.; 56; 59-p. Joze Auquştu, 80 – Pak Sın Çin, 1. Li Don Un, 22. Yan Sın Quk, 25.
yarımfinal
AFR – SSRİ 2:1
Haller, 42. Bekkenbauer, 67 – Porkuyan, 88.
İngiltərə - Portuqaliya 2:1
B.Çarlton, 30; 80 – Eysebio, 82-p.
3-cü yer uğrunda oyun
Portuqaliya – SSRİ 2:1
Eysebio, 12-p. Torriş, 89 – Malofeyev, 43.
final
İngiltərə - AFR 4:2, əlavə vaxtda (1:1, 1:1, 2:0)
İngiltərə: Benks, Koen, C.Çarlton, Mur, Uilson, Staylz, Boll, B.Çarlton, Piters, Hant, Herst.
AFR: Tilkovski, Höttges, Şults, Veber, Şnellinger, Bekkenbauer, Overat, Haller, Emmerix, Zeeler, Held.
Qollar: Haller, 12 (0:1). Herst, 18 (1:1). Piters, 78 (2:1). Veber, 90 (2:2). Herst, 101 (3:2). Herst, 120 (4:2).
Hakim: Qottfrid Dinst (İsveçrə).
30 iyul. London. “Uembli” stadionu. 96924 tamaşaçı.

Bilirsizmi?
Jül Rime Kuboku 1966-cı il martın 20-də Vestminster sarayının açıq sərgi üçün nəzərdə tutulan mərkəzi hollundan oğurlandı. Qəniməti qorumaq 4 polis işçisinə tapşırılsa da, bazar günü olduğundan onlar işə çıxmamışdı, azarkeşlər isə zala buraxılmırdı. Martın 26-da oğrulardan birinin Edvard Bletçli olduğu üzə çıxdı. Ancaq o həmin vaxta qədər artıq kuboku 15 min funt sterlinq müqabilində satmışdı. Xoşbəxtlikdən qənimət martın 27-si səhər saatlarında Cənubi London parklarının birində “Piklz” ləqəbli it tərəfindən qəzetə bükülmüş halda tapıldı. İtin sahibi olan 26 yaşlı Devid Korbett kuboku “Skotland Yard”a təhvil verdiyinə görə 6 min funt sterlinq mükafat qazandı. Medala layiq görülən “Piklz” isə sahibiylə birgə oyunlara stadionlardan pulsuz baxmaq imkanı qazandı və hətta filmə çəkildi. Bu hadisədən sonra İngiltərə Futbol Assosiasiyası (İFA) qənimətin müxtəlif sərgilərdə nümayişini etibar etdiyi zərgər Corc Bördə tapşırdı. İFA həmçinin FİFA-ya təhlükəsizlik səbəbilə sərgilərdə mükafatın surətinin istifadəsini təklif etdi. Ali futbol qurumu razı olmadı. Buna baxmayaraq, İFA Bördə qənimətin surətini hazırlamağı tapşırdı. Final günü hər iki kubok “Uembli”yə gətirildi. İngiltərə millisi qələbəni qeyd edərkən, kapitan Bobbi Mura mükafatın əsli təqdim olundu. Ancaq bir müddət sonra polis işçisi yarımmüdafiəçi Nobbi Staylzın əlindəki əsl kuboku aldı, əvəzində isə surətini verdi. İctimaiyyət hər şey haqda yalnız 1997-ci ildə - Bördün ölümündən iki il sonra xəbər tutdu. Zərgərin ailəsi tərəfindən hərraca çıxarılan surət 254 min 500 funt sterlinq müqabilində FİFA tərəfindən alındı və 2001-10-cu illərdə Prestonda, 2012-ci ildən etibarən isə Mançesterdə yerləşən Milli Futbol Muzeyində nümayiş etdirilməyə başladı.

Maraqlıdı...
* DÇ-66-da İngiltərə millisinin oyunlarında hakim biabırçılığı haqda yazmamaq mümkün deyil. Həmin vaxt qrup mərhələsinin sonuncu turunda matçlar eyni vaxtda başlamırdı. Başqa sözlə, 2 komanda artıq digər 2 rəqibinin neçə xal yığdığını və özünə sərf edəcək nəticəni əvvəlcədən bilirdilər. Uruqvayın 3 görüşdən 4 xal toplamasından sonra “üç şir”ə 1/4 finalda AFR ilə qarşılaşmamaq üçün Fransaya uduzmaq olmazdı. İngilislər 2:0 hesabı ilə qalib gəlsələr də, birinci qol ofsayddan, ikincisi isə rəqib futbolçuya qarşı aşkar qayda pozuntusundan sonra vuruldu. Hakim Jak Simonun yolverilməz fəndin ardından yerdə qaldığını görüb oyunu dayandırmadı, 40 saniyə sonra isə Hant dublunu rəsmiləşdirdi. Üstəlik ciddi zədələnən Simon komandasını azlıqda qoydu. İntizam Komitəsi əvvəlcə Nobbi Staylzı turnirin sonuna qədər kənarlaşdırmaq istəsə də, qərar qəbul olunmadı. Növbəti gün “L’Equipe” nəşrində Bobbi Çarltonun “Roll Roys” sürdüyü, hakimlərin isə britaniyalı polis formasında onun yolunu təmizlədiyini əks etdirən karikatura işıq üzü gördü.
* İngiltərə ilə Argentina arasındakı 1/4 final oyunu Cənubi Amerika ölkəsində “əsrin qarəti” adı ilə məşhurdu. Alman hakim Rudolf Kraytlyayn meydanı yalnız polislərin köməyilə tərk edə bildi. Referinin 35-ci dəqiqədə argentinalıların kapitanı olan Antonio Rattini meydandan qovması mundiallar tarixinin ən müəmmalı qərarlarından biridi. Yarımmüdafiəçi 9 dəqiqə buna etiraz etsə də, sonda polis vasitəsilə uzaqlaşdırıldı. Kraytlyayn Rattinin qovulmasını futbolçunun təhqiramiz ifadə işlətməsiylə izah etsə də, sonradan ispan dilini anlamadığını etiraf etdi və “sadəcə, onun baxışı xoşuma gəlmədi” söylədi.
* Portuqaliyaya qarşı yarımfinal matçı isə “Qudison Park”da keçirilməli olsa da, İngiltərə millisi əvvəlcədən oyunun “Uembli”yə, 100 min azarkeşin toplaşacağı arenaya salınacağını bilirdi və Liverpula yola düşmədi. Rəqib komanda olanlardan xəbərsiz idi və yalnız görüşdən 24 saat əvvəl bu haqda məktub aldı. Portuqaliya Futbol Federasiyası FİFA-ya etiraz göndərsə də, qərar dəyişmədi. Həmin vaxt qurumun prezidentinin ingilis Stenli Rouz olduğunu xatırladaq.


Faktlar
* Ceffri Herst DÇ-nin final oyununda het-trik edən ilk və hələlik yeganə futbolçudu.
* Meksikalı qolkiper Antonio Karbaxal 5-ci dəfə (1950, 1954, 1958, 1962 və 1966) mundialda iştirak edən ilk oyunçu oldu.
* Mükafatlar 3-cü dəfə (daha əvvəl 1934-cü və 1954-cü illərdə) Avropa ölkələrinə çatdı. DÇ-34-dən sonra ilk dəfə yarımfinalda “köhnə qitə”nin 4 komandası mübarizə apardı.
* Portuqaliya və KXDR mundialda debüt etdi.

DÇ-nin ulduzu
Bobbi Çarlton – növbəti dəfə mundialın ən yaxşısı turnirin bombardiri yox, qalib komandanın futbolçusu oldu. Hər halda, ənənəyə sadiq qalıb FİFA-nın seçimlərini dəstəklədiyi nüfuzlu futbol tarixçisi və statistiki Ecikeme İkvunzeyə üstünlük verək. Çarltonun İngiltərənin zəfərində vacib rol oynadığı vurğulanmalıdı. Həmin il “Qızıl top”a layiq görülən hücumameyilli yarımmüdafiəçinin 1958-ci ildə baş verən məlum Münhen aviaqəzasından sonra sağ qaldığını da xatırladaq.
Çempion məşqçi
Alf Remzi – mundialdan əvvəl praqmatik oyuna üstünlük verən çalışdırıcı azarkeşlər və federasiya tərəfindən xeyli tənqid olunsa da, turnirdə taktikasına sadiq qaldı. O, komandasının hücum potensialı çox yüksək olan Braziliya, AFR və Portuqaliya kimi millilərə yalnız bu yolla qalib gələ biləcəyini düşünürdü. Təsadüfi deyil ki, “üç şir” yarımfinala qədər keçirdiyi 4 oyunda qapısını toxunulmaz saxladı. Remzi yığmanın düşərgəsində dəmir nizam-intizam yaratmışdı. Futbolçular hər axşam saat 22.00-da yatmalıydılar. Komanda üzvləri hətta bu vaxt filmə baxır və ya kart oynayırdısa belə, mütəxəssis onların planlarını pozurdu. Sonda bütün təndiqçilərini susduran Remzi 1967-ci ildə cəngavər tituluna layiq görüldü.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-04-2022, 13:0

FİFA 23,5 milyondan çox sifariş alıb

Dünya futbolu

15-06-2022, 20:0

“Moline Stedium”da milli təhqir

Aktual / Dünya futbolu / Manşet

1-04-2022, 21:0

DÇ-2022-nin püşkü atıldı

Dünya futbolu

31-03-2022, 17:0

3 milli federasiya FİFA-dan kənarlaşdırıldı

İdman

18-05-2022, 21:0

Asiya kuboku Çində keçirilməyə bilər

Aktual
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
“Neftçi”nın hansı mövqeləri güclənməlidi? – Rossi gəlsin!
“Kiminsə Mənsimovlarla problemi var deyə, Lənkəran 100 il futbolsuz qalmalıdı?” - “Xəzər Lənkəran”ın rəsmisi
Son xəbərlər
  • Bu gün, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Bu gün, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Bu gün, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Bu gün, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Bu gün, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Bu gün, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • Dünən, 23:59
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • Dünən, 23:38
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • Dünən, 23:00
    "Şamaxı"nın legioneri millidə
  • Dünən, 22:58
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • Dünən, 22:52
    Marseldən Milana qayıdacaq
  • Dünən, 22:01
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • Dünən, 20:58
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
  • Dünən, 20:27
    Mövsümü “qızıl dubl” ilə başa vurdular!
  • Dünən, 19:56
    La Liqanı tərk edənlər müəyyənləşdi
  • Dünən, 19:33
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:02
    Zakariya Savo "Qarabağ"da - RƏSMİ
  • Dünən, 18:55
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 18:55
    “10 yaşlı övladım var, onun üçün darıxmışam” – Jorj Kaşkilya
  • Dünən, 18:34
    “Son bir həftədə futbolçuları toparlamaq çətin idi” – Fizuli Məmmədov
  • Dünən, 18:31
    Noyerin şansı yoxdu?
  • Dünən, 18:02
    Mövsümün son oyunu heç-heçə bitdi
  • Dünən, 17:38
    Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
  • Dünən, 17:30
    Ölkə çempionatında 21 ildən sonra 500 qol
  • Dünən, 17:01
    “Araz-Naxçıvan”: 30-cu ev qələbəsi
  • Dünən, 15:42
    "Qəbələ" ev sahibi olacaq, pley-off oyunu süni örtükdə oynanılacaq
  • Dünən, 15:36
    "İmişli" - "Karvan-Yevlax": START HEYƏTLƏRİ
  • Dünən, 15:04
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:44
    Ayxan Abbasovun köməkçiləri də "Şamaxı"dan ayrıldı - RƏSMİ
  • Dünən, 14:12
    “Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
  • Dünən, 13:13
    Ozancanın komandası elitanı tərk etdi
  • Dünən, 12:43
    "Zirə"nin premyer-liqada 400-cü qolu
  • Dünən, 12:12
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 11:41
    “Portu” karyerası yarım il çəkdi
Daha çox
Oxunub: 275
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 210
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 203
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə