Zimbabve, Keniya və Pakistanın futbol qurumlarının FİFA-dakı üzvlüyü dayandırılıb.
Bu qərar bu gün Qətərdə keçirilən FİFA-nın 72-ci Konqresində qəbul edilib.
Qeyd edək ki, Rusiya Futbol İttifaqının da FİFA üzvlüyündən kənarlaşdırılması məsələsinin səsverməyə çıxarılması ehtimalı vardı. Lakin konqresdə bu məsələyə baxılmayıb.
Xatırladaq ki, FİFA və UEFA fevralda Rusiya klublarının və milli komandalarının beynəlxalq turnirlərdə iştirakını dayandıran qərarlar verib. Buna Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.