Misli premyer-liqasının 33-cü turunda “Zirə”ni 3:2 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” yubiley qələbəsinə sevinib.
"Football-plus.az" xəbər verir ki, Naxçıvan təmsilçisi premyer-liqada 30-cu ev qələbəsini qazanıb.
“Araz-Naxçıvan” bu göstəriciyə öz meydanında keçirdiyi 74-cü oyunda çatıb. Komanda digər ev matçlarında 20 heç-heçə edib və 24 dəfə məğlub olub.
Naxçıvan klubunun premyer-liqada ilk ev qələbəsi 2000/01 mövsümünə təsadüf edib. 2001-ci il martın 12-də Qubanın “Şahdağ” ilə matç baş tutmadığı üçün “Araz-Naxçıvan”a texniki qələbə verilib.
“Araz-Naxçıvan” ölkə çempionatları tarixində öz meydanında ən azı 30 qələbə qazanan 26-cı komanda olub.