• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kiminsə Mənsimovlarla problemi var deyə, Lənkəran 100 il futbolsuz qalmalıdı?” - “Xəzər Lənkəran”ın rəsmisi

Ölkə futbolu / Aktual

23-05-2026, 22:0

Mayın 20-də Azərbaycan futbolunun “Xəzər Lənkəran”sız qalmasının 10 ili tamam oldu.

Bu qədər müddət keçməsinə baxmayaraq, azarkeşlər hələ də Lənkəran təmsilçisinin yolunu böyük futbolda səbrsizliklə gözləyir. Həmçinin o vaxt klubda çalışanlar da. Klubun son mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə danışdıq. Görəsən, “Xəzər Lənkəran”ın yoxluğu Hüseyn bəyin həyatında, Lənkəran şəhərində nəyi dəyişib? Komandanın bərpa olunacağına ümid edirlərmi?

- “Xəzər Lənkəran”sız 10 ili başa vurmaq heç də asan başa gəlməyib. Hər günündə bir nisgil, həsrət olub. Bu, söz xatirinə ifadə deyil. Bir Allah şahiddi ki, mən hər gün “Xəzər Lənkəran”ı düşünürəm. Bizim inzibatçımız var, Fərrux Ağayev, onunla hər dəfə klubla bağlı yuxularımızı “vatsap”da danışırıq. Demək olar ki, həftədə bir neçə dəfə bu təkrarlanır. Yəqin çox düşünürük, ondandı. Klubdan sonra həyatımda dəyişən bircə şey var: çox böyük, vacib itki hiss olunur. Məni tanıyanlar bilir ki, “Xəzər Lənkəran”a iş yeri kimi baxmamışam. Şəxsən mənim üçün bu klubsuz çox çətindi. “Xəzər Lənkəran”dan sonra Lənkəran şəhərində də böyük itki hiss olunur. Futbol buralarda tam ayri cür yaşanırdı Həmin gün hamının üzü matç saatına kimi gülürdü. Hamı “bu gün “Xəzər Lənkəran”ın oyunu var” deyə şən görünürdü. Təsəvvür edin, 10 ildi komanda yoxdu, amma hər gün, hər dəfə eyni insanlar yolda rastlaşanda məndən soruşur: “Xəzər Lənkəran”dan nə xəbər?” Bir gün belə insanların ümidi ölməyib. Bu mənada mən düşünmürəm ki, futbola rəhbərlik edənlərin ölkə futbolunu inkişaf etdirmək barədə səmimi hissləri, düşüncələri var. Çünki hər qitədən bir mütəxəssis gətir, ölkə futbolunu təhlil edən deyəcək ki, inkişaf üçün Lənkəranda da futbol olmalıdı. Bu gün “Sabah” var, hamı “hurrey” deyib, əl çalır. Vaxtilə “Xəzər Lənkəran” üçün də, "Bakı" üçün də bel çəpik çalırdılar. Amma bir güllə bahar olmur. Ramil Diniyevi də, “Rəvan”a müəmmalı şəkildə məğlub olanları da unutmamışıq. Çox sevinirəm ki, sosial şəbəkədə bunu qeyd edən şərhləri görürəm. Bunu yazanlar gənc nəsildi. 2016-da 10-12 yaşları olub. Amma reallıqları axtara, tapa biliblər. Ramil Diniyev indi hakim-inspektor olub. Bax, kim deyə bilər ki, həmin məşhur penaltini bilmədən verib? O səhvi edən adama da hakim-inspektor kimi çalışmağa imkan verərdilərmi? Deməli, o vaxt tapşırığı uğurla yerinə yetirib deyə, mükafatlandırılıb. Lənkəranda futbol olmalıdı. Mən bu şəhərin 100 illik tarixi haqda kitab yazmışam. Şəkillərlə, faktlarla böyük bir tarixin olduğunu sübut etmişəm. İndi tarixboyu futbolu olmayan rayonları 1 və 2 ci liqaya buraxırlar, amma Lənkərana şans vermirlər. Lənkəranda futbol Mübariz Mənsimov demək deyil. Bizim “Palmali”dən də əvvəl futbolumuz olub. Sağ olsun Mənsimovlar, böyük futbolu bu şəhərə çox böyük formada da bəxş etdilər. Amma indi kiminsə onlarla problemi var deyə, Lənkəran 100 il futbolsuz qalmalıdı? Mən Region Liqasında istənilən Lənkəran komandasının olmasını qəbul etmirəm. Açığını deyim ki, utanıram. Lənkərana, o stadiona bu yaraşmır. İvan Svetkovu, Oktay Dərəlioğlunu, Uinston Parksı görən kütləni Region Liqası ilə ovutmaq olmaz. Amma komanda 2-ci liqadan başlasa belə, normal sponsor lazımdı. Cunki ortada məqsəd olmalıdı. Birinci liqadan başlayıb, tədricən klubu formalaşdırmaq lazımdı. O dövrdə bir futbolçuya verilən illik maaşa indi camaat premyer-liqada bir il klub saxlayır. Dediyim kimi, məqsəd üçün vuruşmaq, bunu düşünən sponsor tapmaq lazımdı. Məncə, Mübariz Mənsimova “gəl” desələr, gələr və bərpa edər. Ya da yeni səhifə açmaq lazımdı. Hazırda “Xəzər Lənkəran”ın tarixi ilə bağlı kitab üzərində işləyirəm. Statstika, heç kimin duymadığı tarixi faktlar, xatirələr və heç yerdə olmayan şəkillər olacaq. Sadəcə, etiraf edim ki, buna az vaxt ayırıram - həftədə 3-5 saat. Yoxsa çoxdan hazır olardı. Bu mənim mənəvi borcumdu. İndiyə kimi 100 illik tarixi yazmışam. İndi yeni nəsil də, sadəcə, oyunlardan kadrları görür. 10-20 il sonra bütün oyunların statistikası, tarix, xatirələr lazım olanda kimsə heç nə tapmayacaq.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Aktual

3-10-2025, 12:0

“Xəzər Lənkəran”ın bərpası an məsələsidi” - əfsanə qayıdır?

Ölkə futbolu

1-09-2025, 17:0

“İnşallah, bir gün “Xəzər Lənkəran” bərpa olunar” - Mübariz Mənsimov

Ölkə futbolu / Manşet

20-10-2022, 12:0

"Xəzər Lənkəran 42"nin rəhbəri bəlli oldu

Ölkə futbolu / Manşet

13-03-2024, 10:0

“Xəzər Lənkəran”ın geridönüşü əlçatmaz ola bilər – bu problem həll olunmalıdı!

Aktual / Ölkə futbolu

23-02-2024, 16:0

"Gözləsin bizi, gəlirik, Lənkəran” - "Neftçi" azarkeşləri "Xəzər Lənkəran"a səsləndi

Ölkə futbolu / Manşet

27-10-2025, 18:0

Region Liqasının oyununa 4700 azarkeş gəldi! – yenə həmin "Xəzər Lənkəran", həmin rənglər...

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə