"Zirə"nin premyer-liqada 400-cü qolu

24.05.2026 12:43 17
Ölkə futbolu
Misli premyer-liqasının 33-cü turunun “Araz-Naxçıvan”la səfər oyununda vurulan sonuncu qol “Zirə” üçün əlamətdar olub.

Qəsəbə təmsilçisi premyer-liqada 400-cü dəfə qol sevinci yaşayıb.

Yubiley qoluna Junior Martins imza atıb. Bununla da “Zirə” ölkə çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.

Bakı klubunun 400-cü qolu premyer-liqadakı 337-ci matça təsadüf edib. Qəsəbə komandası evdə 218, səfərdə 182 dəfə fərqlənib.

Debütü 2015/16 mövsümünə təsadüf edən klubun premyer-liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Zirə” “Araz-Naxçıvan”la səfər görüşündə 2:3 hesabı ilə uduzub.