FİFA 23,5 milyondan çox sifariş alıb

30.04.2022 13:15 509
Dünya futbolu
FİFA-da DÇ-2022-nin final mərhələsinin oyunlarına bilet satışı üzrə ikinci mərhələ sona çatıb.

Təsadüfi seçim əsasında reallaşan mərhələ aprelin 5-də start götürüb və 28-də yekunlaşıb. FİFA bu müddətdə 23,5 milyondan çox sifariş alıb.

Futbolsevərlərə sifarişlərin nəticəsi ilə bağlı məlumat mayın 31-dən başlayaraq onların elektron ünvanı vasitəsilə çatdırılacaq.

Qeyd edək ki, ikinci mərhələdə daha çox bilet almaq istəyənlər Argentina, Braziliya, İngiltərə, Fransa, Meksika, Qətər, Səudiyyə Ərəbistanı və ABŞ vətəndaşları olub.