"Neftçi"nin "Aris"lə matçlarının vaxtı bəlli oldu

23.06.2022 14:06 599
Konfrans Liqası
“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə keçirəcəyi oyunların başlanma saatı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, iyulun 21-i “AEK Arena”da baş tutacaq ilk matç Bakı vaxtı ilə saat 21.30-da start götürəcək.

Ayın 28-i “Bakcell Arena”da təşkil olunacaq cavab qarşılaşması isə saat 21.00-da başlayacaq.