• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

A seriyasında 20 komandanın tən yarısının kapitanı dəyişib - ARAŞDIRMA

Maraqlı / Manşet

26-07-2022, 21:0

Startı avqustun 13-nə təyin olunan A seriyasının 2022/23 mövsümü ərəfəsində diqqəti cəlb edən məqamlardan biri kapitanlarla bağlıdı.

Liqada çıxış edəcək 20 komandanın tən yarısının - onunun kapitanı dəyişib. Belə klublar arasında “Yuventus”, “Milan” və “Napoli” də var. Səbəblər fərqlidi. Gəlin, yeni sarğı ilə bağlı dəyişikliklərlə yaxından tanış olaq.

1. Filippo Bandinelli (Empoli). Nə qədər qəribə səslənsə də, faktdı: ötən mövsüm “Empoli”nin daimi kapitanı olmayıb. Sarğını daha çox – 19 oyunda daşıyan müdafiəçi Simone Romanyoli bu yay azad agent kimi “Parma”ya yollanıb. Yeni kapitan Filippo Bandinelli seçilib. İtaliyalı futbolçu meydanın mərkəzində çıxış edir. Son mövsümdə A seriyasında iştirak etdiyi 35 oyunda 2 qolun və 3 məhsuldar ötürmənin müəllifi olub. Onun komandada hamıdan çox – 10 dəfə sarı vərəqə aldığını da qeyd edək. Filippo “Empoli”nin formasını ardıcıl 4-cü mövsüm daşıyacaq.

2. Leonardo Bonuççi (Yuventus). İtaliyanın ən titullu klubunun kapitanı zərurətdən dəyişib. Sarğının əvvəlki daşıyıcıları olan müdafiəçi Corco Kyellini ilə hücumçu Paulo Dibala azad agent statusu ilə uyğun olaraq “Los Anceles”ə və “Roma”ya üz tutublar. Etiraf edək ki, Bonuççi böyük məsuliyyəti üzərinə götürməyə layiqdi. Uğurlarla zəngin olan karyerasının 11 ilini “Yuventus”da keçirən 35 yaşlı müdafiəçi, necə deyərlər, dayanmaq bilmir. Ötən mövsüm zədələrdən çox əziyyət çəkən AÇ-2020-in qalibi çempionatın 24 oyununda meydana çıxıb və 5 qol vurub. Komanda onun oynaya bilmədiyi noyabr, yanvar və mart aylarında çox xal itirmişdi.

3. Alessandro Tuyya (Leççe). “Leççe” A seriyasına qayıtmaqda elə də ciddi problem yaşamadı. Komanda B seriyasında qələbələri sıralayarkən kapitan Fabio Luççioni idi. İtalyan futbolçu artıq “Frozinone”yə qayıdıb. İndi onun yerini bir il əvvəl “Benevento”dan gələn və qısa müddətdə əsas heyətdə möhkəmlənən müdafiəçi Alessandro Tuyya tutub.

4. Davide Kalabriya (Milan). Alessio Romanyoli sərbəst oyunçu kimi “Latsio”nun sıralarına qoşulub. “Milan”da 7 il top qovan müdafiəçi üçün son mövsüm heç də parlaq keçmədi. Alessio zədələrə görə il ərzində bütün turnirlərdə 24 oyuna (A seriyasında 19, Çempionlar Liqasında 5) çıxa bildi. Məşqçilər korpusu növbəti mövsümdə Davide Kalabriyaya böyük ümidlər bəsləyir. Çempionluq mövsümündə 26 oyuna 2 qol vuran müdafiəçi A seriyasında ən gənc kapitanlardan biri olacaq. 25 yaşlı futbolçu karyerasını indiyədək doğma klubuna həsr edib və qırmızı-qara formada 165 oyun keçirib.

5. Matteo Pessina (Montsa). Matteo “Montsa”ya lap yaxında keçib. “Atalanta” onu A seriyasının debütantına birilliyə icarəyə verib. Məlumunuz olsun ki, Pessina Bonuççi kimi AÇ-2020-in qalibidi. Pandemiyaya görə ötən yay təşkil edilən qitə çempionatında Uels (1:0) və Avstriyaya (2:1) vurulan qələbə qollarının müəllifi olub. Ötən mövsüm bütün turnirlərdə 31 oyun keçirən hücumçu uşaq yaşlarından azarkeşlik etdiyi “Montsa”da xüsusi statusa malik olacaq.

6. Covanni Di Lorentso (Napoli). Neapolluların kumiri Lorentso İnsinye azad agent kimi “Toronto”ya yollandı. Müdafiəçi Kalidu Kulibali isə 38 milyon avroya “Çelsi”yə satıldı. Rəhbərlik yeni kapitan kimi Covanni Di Lorentsoya üstünlük verib. Müdafiənin sağ cinahında oynayan futbolçu son mövsüm meydana çıxdığı müxtəlif yarışlarda 41 oyuna 1 qol vurmağa və 6 məhsuldar ötürmə etməyə nail olub.

7. Frank Riberi (Salernitana). Əvvəlki kapitan Milan Curiç son mövsümdə hamıdan çox – 33 oyun keçirmişdi. Bosniya və Hersoqovinadan olan hücumçu indi “Verona”nın sıralarındadı. Onun statusu isə Frank Riberiyə həvalə olunub. Məşhur fransalı yarımmüdafiəçi artıq 39 yaşındadı. Buna baxmayaraq, aşkar autsayder gözü ilə baxılan “Salernitana”nın A seriyasında qalmasında heç də az rol oynamayıb. Sabiq “Bavariya”lının komandada hamıdan çox - hər oyuna orta hesabla 1,3 açar ötürmənin müəllifi olduğunu xatırladaq.

8. Canmarko Ferrari (Sassuolo). Canmarko “Sassuolo”da ardıcıl 7-ci mövsümə başlayacaq. Müdafiənin mərkəzində və solunda oynamağı bacaran futbolçu ötən mövsüm iki göstəricidə bütün oyundaşlarını arxada qoyub: o, dəqiq uzun ötürmələrə (hər oyuna orta hesabla 4,6) və topalmaya (hər oyuna orta hesabla 3,1) əsasən “yaşıl-qaralar”ın birincisi olub.

9. Saşa Lukiç (Torino). Andrea Belotti klubla müqaviləsini yeniləmədiyi üçün hazırda azad agent kimi özünə iş yeri axtarır. Onun yerini tutan Saşa Lukiç son mövsümü kifayət qədər yaxşı keçirib. Serb yarımmüdafiəçi A seriyasında 35 oyuna 5 qol vurub və oyundaşlarına 4 məhsuldar ötürmə verib. Məhsuldar fəaliyyəti ilə seçilən Saşa dəqiq ötürmələr etməklə yanaşı cərimə meydançasının kənarından tez-tez zərbə endirməsi ilə də fərqlənir.

10.Roberto Pereyra (Udineze). “Udineze”nin yeni kapitanı argentinalı universaldı. Yarımmüdafiənin mərkəzində və önündə oynamağı bacarır. Hətta hərdən hücumçu mövqeyində çıxış etmək bacarığı da var. Roberto digər güclü keyfiyyətlərə də malikdi: dəqiq ötürmələri və yüksək səviyyədə pressinqi udinelilərə heç də az fayda verməyib. A seriyasının son mövsümündə keçirdiyi 24 matçda “qol+ötürmə” sistemi üzrə 8 xal (“3+5”) toplayıb.

ORXAN

Paylaş:
Digər xəbərlər
Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
  • 4-08-2026, 23:0
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • 4-08-2026, 23:0
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə