• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fərqli xoşbəxtliklər - KÖŞƏ

Manşet / Yazarlar

22-07-2022, 23:0

Biz bu filmi görmüşdük. Ötən il dekabrın 9-da “Qarabağ” səfərdə “Bazel”lə qarşılaşırdı.

Bu oyuna qədər həm “Qarabağ”, həm də “Bazel” qrupdan çıxmağı təmin etmişdi. Yeganə sual qrup qalibinin kim olacağı idi ki, həmin görüşün nəticəsinə görə birinci yerin sahibi də müəyyənləşəcəkdi. Görüşün 2-ci dəqiqəsində Abdulla Zubirin zərbəsindən sonra top qapı xəttini keçdi, amma görüşün Xorvatiyadan olan hakimləri “Qarabağ”ın “təmiz” qolunu hesaba almadı. Özü də top qapı xəttini azı bir metr keçmişdi. Yəni “Qarabağ”ın qoluna hansısa formada şübhə etmək mümkün deyildi. UEFA-nın “Qarabağ”ın oyunlarına göndərdiyi hakimlərin səhvlərinə o qədər adət etmişik ki, “qarapaltarlılar” bizi belə kobud səhvlərə təəccübləndirə bilmirlər.

“Yamanlığa yaxşılıq nər kişinin işidi” deyiblər. Qurban Qurbanov da UEFA-nın bütün bu yamanlıqlarına “Marsel”lə oyunda etdiyi yaxşılıqla cavab verdi. Özü futbolçusunu çağırıb tapşırıq verdi ki, get, hakimin səhvini düzəlt, topa əllə toxunduğunu ona de. Bu mərd davranışıyla Qurban bəy bütün dünyanın gözündə nər kişiyə çevrildi. Ölkə başçısı İlham Əliyev də Qurbanovun bu davranışına biganə qalmayıb, yüksək qiymət vermişdi. Düşünmək olardı ki, UEFA öz əməllərindən utanacaq. Həmin hadisədən sonra “Qarabağ”ın oyununa hakim göndərəndə onlardan daha diqqətli olmağı tələb edəcək, “köhlən atlar”ın iştirakı ilə baş tutan oyunlara ədalətli hakimlər göndərəcək. Deyəsən, bacarmırlar. Yeni mövsümün 3-cü qarşılaşmasında “köhnə film”lərdən daha bir epizod gördük. Bosniya və Hersoqovinadan olan baş hakim İrfan Pelto və onun köməkçiləri “Sürix”in oyundankənar vəziyyətdən qol vurmasına göz yumdu.

2:0 hesabı “Qarabağ” üçün əla idi. Hiss olunurdu ki, hesab İsveçrə çempionunu həm əsəbləşdirir, həm də tələsdirir. Belədə irəli atılan “Sürix”i cəzalandırmaq üçün “Qarabağ” daha çox fürsət qazanacaqdı. Belədə rəqibin müdafiəsində daha çox boşluq, “Qarabağ”ın üçüncü qolu vurması üçün imkan yaranacağı da gözlənilən idi. Təəssüf ki, bu hesabı qorumaq mümkün olmadı. Daha çox ona təəssüflənirəm ki, hesab arasındakı fərqi minimuma endirməkdə isveçrəlilərə qarşılaşmanın hakimləri yardımçı oldu. Bunu mən demirəm, elə İsveçrə mətbuatı deyir. Sitat: “65-ci dəqiqədə Adrian Gerreronun cərimə zərbəsini yerinə yetirdiyi vaxt qol müəllifi Kamberi aşkar ofsaydda idi. Bunu epizodun təkrarına baxanda da görmək olur ki, Kamberi “Qarabağ”ın müdafiəçisindən bir addım irəlidədi. Lakin yan xətt hakimi 22 yaşlı müdafiəçinin öndə olduğunu görməyib”.
Belə yerdə heç əlavə şərhə də ehtiyac yoxdu. Yaxşı ki, İsveçrə mətbuatı ədalət hissini itirməyib, “Qarabağ”ın haqqının yeyilməsinə, “Sürix”in oyundankənar vəziyyətdən fərqlənməsinə biganə qalmayıb. Yavaş-yavaş bizim kimi avropalılar da UEFA-nın əməllərini daha yaxşı görür, “Qarabağ”a qarşı haqsızlıqlara öyrəncəli olurlar. O cümlədən də İsveçrədə çalışan idman jurnalistləri. Heç şübhə etmirəm ki, onlar da ötən ilin dekabrında başverənləri unutmayıblar. Onlar da yaxşı bilir ki, “Qarabağ” “Bazel”in qapısına “təmiz” qol vurmuşdu. Görüşün xorvatiyalı hakimləri qapı xəttini keçən topu görmədi. Daha dəqiqi, görmək istəmədilər. Bu dəfə Bosniyadan gələn “ədalət keşikçiləri” eyni fərasətlə oyundankənar vəziyyətdən vurulan qolu hesaba aldı, rəqibin fərqi azaltmasına şərait yaratdı. Həmin qol oyunun axarına bilavasitə təsir göstərdi.

“Xoşbəxtlikdən Çempionlar Liqasının təsnifat mərhələlərində VAR sistemi tətbiq olunmur” – bu sitat da İsveçrə mətbuatında yazılanlardandı. Deməli, Bakıdakı oyunun nəticəsi, minimalhesablı məğlubiyyət “Sürix” düşərgəsini xoşbəxt edib. Bu xoşbəxtlik ədalətsizlik nəticəsində qazanılsa belə, onlar bunu özlərinə dərd etmir. Qoy olsun. Biz də həmin axşam çox xoşbəxt idik. Amma isveçrəlilərdən fərqli bizi hakimin yanlış qərarları yox, Kadinin qarşısıalınmaz zərbəsi, Vacinin ildırım sürətinə bənzəyən cəldliyi, qol fürsətlərini əla dəyərləndirməsi xoşbəxt etmişdi. Bizi xoşbəxt edən komandamızın futbolçuları idi. İki xoşbəxtlik arasında yerdən göyə qədər fərq var. Onların xoşbəxtliyini haqsızlıq gətirib, bizimkini isə cəsarətli oyun, gözəl qollar və möhtəşəm qələbə. Ümid edək ki, növbəti həftə keçirilən cavab oyunundan sonra da daha çox xoşbəxt olan biz olacağıq... Çempionlar Liqasında yolumuza davam etdiyimizə, addım-addım böyük hədəflərə doğru getdiyimizə görə!

AMAL

Paylaş:
Digər xəbərlər
Aktual
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Son xəbərlər
  • Bu gün, 00:59
    Ekvador qrupda qalacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Dünən, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Dünən, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Dünən, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • 24-06-2026, 23:0
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • 24-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
  • 24-06-2026, 22:0
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
Daha çox
Oxunub: 282
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 259
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 240
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 229
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 213
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə