“Sumqayıt”ın təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə, daha dəqiqi, Qızılcahamamda keçəcəyini xəbər vermişik. Onu da bildirmişik ki, “kimyaçılar”ın düşərgəsində baxışda olan futbolçular var. Moldovalı Aleksandr Belousov ümidləri doğrultmadığından onun Türkiyə toplanışına aparılması məqsədəuyğun sayılmayıb.
Kluba yaxın mənbələrdən “Football-plus.az” saytına daxil olan məlumata görə, Aleksey Baqa baxışda olan digər futbolçu, qazaxıstanlı Rifat Nurmuqametin performansından razı qalıb. Həm “Sabah”, həm də “Kəpəz” ilə yoxlama matçlarında meydana çıxan futbolçu texnikalı oyunu ilə belaruslu məşqçinin rəğbətini qazanıb və onunla yaxın günlərdə “1+1” şərti ilə müqavilə imzalanacaq.
“Kimyaçılar”ın düşərgəsində olan Ali Turənin də də növbəti mövsümdə “ağ-görlər”in heyətində olacağı gözlənilir. Mənbəmizin sözlərinə inansaq, müqavilə ilə “Başakşəhər”ə məxsus vinger 2022/23 mövsümündə “Sumqayıt”ın şərəfini qoruyacaq. Mənbəmiz onu da bildirdi ki, Türkiyə klubu sumqayıtlılara güzəştə gedərək qvineyalı legionerin məvacibini özü ödəyəcək.
RƏŞAD