"Qəbələ" üç futbolçu ilə yolları ayırdı

1.06.2026 15:58 22
Ölkə futbolu
"Qəbələ" üç futbolçu ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İbrahim Sanqare və Rüfət Əhmədovla müqavilə müddəti başa çatıb. Həmçinin CAR-ın “Stellenboş” klubundan icarəyə götürülmüş Turan Manafovun icarə müaviləsi bitib.

Klub onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib.