Yeni mövsümə hazırlaşan “Sumqayıt”ın düşərgəsinə baxışdan keçmək üçün daha bir legioner təşrif buyurub. “Footbal-plus.az” saytı xəbər verir ki, Aleksey Baqa sağ cinah yarımmüdafiçisi mövqeyində çıxış edən Ali Turenin nəyə qadir olduğunu iyulun 16-dək izləyəcək. Vinger etimadı doğruldacağı halda “kimyaçılar”la birgə Türkiyə toplanışına yollanacaq. Qvineyalı futbolçu son mövsümü Danimarkada keçirib. Onu da bildirək ki, yarımmüdafiəçi “Sabah”la yoxlama görüşündə 30 dəqiqə forma geymək şansı qazanıb.
RƏŞAD
“Sumqayıt”ın düşərgəsində qvineyalı yarımmüdafiəçi
Ölkə futbolu


