Bu gün bazar günü olsa da, "Qarabağ" maksimum operativliklə Julio Romaonun transferini bitirməyə çalışır. Klub saytı artıq “Santa Klara”dan alınan braziliyalı dayaq yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzaladığını bəyan edib. Deməli, sabah da yeni transferin adını "Sürix"lə oyunlar üçün sifariş ərizəsinə salmaq mümkün olacaq. O da maraqlıdı ki, Julio Romaoya məhz əvəzedicisi kimi baxılan Patrik Andradenin forması - 6 nömrəli forma verilib.