• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çətindi, amma mümkündü! - KÖŞƏ

Manşet / Yazarlar

8-07-2022, 19:0

Düzünü deyim ki, “Lex”lə oyunun nəticəsi məni sarsıtdı.

Özümü yazıçılığa vurub “niqtim qurudu”, “boğazımdan su da keçmədi”, “qəzəbdən özümə yer tapa bilmədim” kimi bədii-obrazlı ifadələrdən də yararlanardım. Əlbəttə, bütün bu ifadələrin iyulun 12-də Bakıda əvəz çıxmaqdan başqa çıxış yolu olmayan “Qarabağ”a hansısa faydası dəysəydi...

Statistikanın hökmü keçərlidisə, onda ağdamlılar evdə polşalıları məğlub etməyi, deməli, həm də turu adlamağı bacaracaq. Vaxtilə “Şerif”lə “Göteborq” da Bakıya 1:0 ilə gəlmişdi, ancaq əlləri ətəklərindən uzun qayıtdılar. Artıq statistika həvəskarlarının da könlünü bir qədər toxdadandan sonra gerçəklərdən danışmaq istəyirəm.

Qurban Qurbanovun Patrik Andreyə laqiyli əvəzedici tapa bilməməsi məni qorxutdu. Axı “Qarabağ” maliyyə durumuna görə, məsələn, “Səbail”lə eyni səviyyədə deyil. Bu üzdən gedən oyunçuya ən azı bərabər səviyyədə əvəzedici tapmağa borcludu. Və bu prosesin gedişində komandada əməkhaqqı balansı azacıq pozulacaqsa, kimlərsə narazı qalacaqsa da, qoy olsun! ÇL kimi nüfuzlu turnirdən gələn bonuslar həm daha baha futbolçunun xərclərini qapatmağa, həm də bütün narazıları sakitləşdirməyə bəs edir. Yaxşı, Allah eləməmiş, Azərbaycan çempionu elə ilk mərhələdə mübarizəni dayandırsa, nə olacaq? Onda məgər Patrikin maaşı, komandadakı əməkhaqqı balansı yada düşəcək?

Qurban Qurbanovun komandasının oyun üslubu və ayrı-ayrı futbolçuların idman forması məni qorxutdu. Kim nə deyir-desin, artıq “Qarabağ”ın oyun üslubu asanca oxunur. Zubirin ayağını bağladınsa, Kadinin gözünün odunu aldınsa, iş bitir. Belədə futbol avantürasına, uzaqdan zərbələrə, qeyri-standart gedişlərə ehtiyac yaranır ki, srağagün bunların birini də görmədim. Dəfələrlə demişəm, bir daha deməyi özümə borc bilirəm: futbolda topu məhz qapıçı meydançasına qədər daşıyıb, ordan tora salmaq kimi bir ehkam yoxdu! Bu saxta ehkamdan nə qədər tez əl götürsək, o qədər yaxşı olar. Və daha bir məqam: futbolda topa nəzarət, ərazi üstünlüyünü ələ keçirmək hələ qələbəyə təminat vermir. Bir komandanın başqasınndan üstünlüyü ilk növbədə qol vəziyyətlərinin sayı ilə ölçülür. “Qarabağ”ın ifasında bir real qol vəziyyətini görən varsa, desin ki, mən də oyunun videoyazısına yenidən baxım.
Qurban Qurbanovun sonradan meydana buraxdığı futbolçuların zərrəcə oyunu gücləndirməməsi məni qorxutdu. “Qarabağ”ın baş məşqçisi əvəzetmələr baxımından mühafizəkar olduğunu, bunun oyunun axarını yaxşı yox, pis mənada dəyişdiyinə daha çox inandığını dəfələrlə vurğulayıb və etiraf edib. Məhz bu oyunda bütün əvəzetmələrdən yararlanmasını “Qarabağ”ın meydanda sərgilədiyi oyundan tam narazı qalması (hərçənd oyunsonrası mətbuat konfransında razılıq edib; bunun cavab görüşünə hesablandığı heç kimə sirr deyil) və yenilərin oyunu gücləndirə biləcəyinə inamı ilə izah etmək olar. Təəssüf ki, alınmadı. Oyunçular arasında anlaşma səviyyəsinin yetərincə aşağı olması məni təəccübləndirdi, daha yaradıcı Toral Bayramovla müqayisədə üstün keyfiyyəti sprinterlik olan Elvin Cəfərquliyevə güvənməyin nəyə hesablandığını anlamadım.

0:1 məğlubiyyətdi, amma dünyanın sonu deyil. Sadəcə, bir neçə ənənəvi dəlilə söykənməklə azarkeşləri cavab görüşündə tribunaları doldurmağa ruhlandırmalıyıq. Qitə kuboklarının reqlamentindəki dəyişiklikdən sonra 0:1 o qədər əzəmətli görünmür; 2:1 qazan, 3:2 qazan, amma bütün hallarda qazan ki, oyun ən azı əlavə vaxta getsin. “Qarabağ” üçün ev-səfər amili olmasa da, hər halda, evdə divarlar da kömək edir. Nəhayət, “Qarabağ”ın oyundan-oyuna “artırmaq” kimi keyfiyyəti də var. Sözümü ona gətirirəm ki, “Qarabağ”ın “Lex”i adlaması çətin, amma mümkün hədəfdi. Polşa çempionu evdə o qədər möhtəşəm oyun göstərmədi ki, ondan çəkinək, qorxaq, indidən məğlubiyyətlə barışaq. Bu başqa məsələ ki, “Qarabağ” Poznandakından daha yaxşı oyun göstərməli, qolları sıralamalıdı. Bacararmı? Bacarmalıdı! Bacarmalıyıq!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər
Aktual
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
Son xəbərlər
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Dünən, 10:31
    Mehdi Cənnətov "Səbail"də
Daha çox
Oxunub: 290
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 246
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 215
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə