Martin Subimendi yayda vətəninə qayıtmaq şansına malikdi.
"Football-plus.az" xəbər verir ki, “Arsenal”ın yarımmüdafiəçisi ilə bağlı transfer iddiası yayılıb. İspaniyalı futbolçu “Real”ın hədəfinə düşüb. Paytaxt klubu onun mümkün transferini nəzərdən keçirir.
Subimendi “Arsenal”a 2025-ci ildə “Real Sosyedad”dan keçib. Onun London klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdi. Martin bu mövsüm meydana çıxdığı 50 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.