Çempionşipdə sondan əvvəlki, yəni 45-ci turun oyunları keçirilib. Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu ''Hall Siti'' son həftələri zəif keçirməkdə davam edir.
"Football-plus.az" xəbər verir ki, ''Pələnglər'' bu dəfə ''Çarlton'' səfərində 1:2 hesablı məğlubiyyətlə barışaraq evə xalsız dönmək məcburiyyətində qalıblar. Sergey Yakiroviçin komandasının qələbə həsrəti 6 oyuna yüksəlib. ''Hall Siti'' sona 1 tur qalmış 7-ci pillədə qərarlaşıb. Halbuki komanda uzun müddət pley-offda iştirak etməyə imkan verən ''6-lıq''da qərarlaşmışdı. Amma son həftələrdəki uğursuz nəticələr ''sari-qaralar''ı geri salıb.
''Hall Siti'' son turda öz meydanında ''Norviç'' ilə qarşılaşacaq. Komandanın taleyi öz əlində deyil. ''Hall Siti'' Acun Ilıcalının dönəmində ilk dəfə pley-offa vəsiqə qazanmaq üçün həm özü qalib gəlməli, həm də ''Rekshem''in ''Midlsbro'' səfərdə xal itirməsinə ümid bəsləməlidi.