Misli premyer-liqasının 29-cu turunda “Qarabağ” səfərdə “Neftçi”ni darmadağın etdi - 5:1.
“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov media önünə çıxıb.
- Futbolçularımı təbrik edirəm. Vacib 3 xal oldu. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.
- Heyətdə rotasiyalar etmişdiz.
- Bəzi futbolçular sıx qrafikdə oynayırdı. Yorğunluğu olanlar var idi. Ehtiyat etdik.
- “Neftçi” ilə oyunlara hazırlaşmaq üçün əlavə gücə ehtiyac oldu?
- Hazırlaşmağa vaxt da yox idi. Komanda şəklində bir məşq oldu. “Neftçi”yə qarşı oynayanda əlavə motivasiyaya ehtiyac olmur. Gözəl stadionda oynamaq xoşdu. Vacib olan bundan sonrakı oyundu.
MÜZƏFFƏR QULUZADƏ
“Neftçi”yə qarşı oynayanda əlavə motivasiyaya ehtiyac olmur” – Qurban Qurbanov
Ölkə futbolu / Manşet






