Bu gün Misli premyer-liqasında turun mərkəzi qarşılaşması keçiriləcək.
Belə ki, bu mövsüm ikinci Azərbaycan derbisini izləyəcəyik - “Neftçi” “Qarabağ”ı qəbul edəcək. İndiyə qədər 6 min biletin sahibini tapması o anlama gəlir ki, “Palms Sports Arena”da anşlaq olacaq. Bəs bukmekerlər hansı komandası daha şanslı sayır?
“Misli” “Neftçi”nin qələbəsinə 3,41 əmsal verir. “Qarabağ”ın qələbə qazanmasına mərc etsəz, pulunuz 1,83 qat arta bilər. Oyunun heç-heçə bitməsi üçün əmsal 3,34-dü.
Xatırladaq ki, oyun 19.00-da start götürəcək.
MÜZƏFFƏR QULUZADƏ