Ceyms Tavernye mövsümün sonunda komandasından ayrılacaq.
"Football-plus.az" xəbər verir ki, “Reyncers”in kapitanı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. 34 yaşlı ingiltərəli müdafiəçi 11 illik “Reyncers” karyerasını başa vurmaq qərarına gəlib.
Tavernye Qlazqo klubunda 2015-ci ildən çıxış edir. O, bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 49 oyunda 14 qol vurub, 6 məhsuldar ötürmə edib.