• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ-nin prezidentindən iddialı açıqlama: Hakimiyyət İspaniya nəhənglərinə yardım edir

Dünya futbolu

6-07-2022, 19:0

PSJ-nin prezidenti Nasser Əl-Xelayfi “Marca”ya verdiyi müsahibədə belə deyib:

“İspaniyada dövlət bəzi klublara Fransanın hakimiyyət orqanlarının bizə verdiyi dəstəklə müqayisədə daha artıq dərəcədə himayə edir. Heç bir ödənişsiz şəhərin mərkəzində möhtəşəm stadion? Biz stadiona, məşq mərkəzinə, hər şeyə görə görə pul ödəyirik. İspaniya hakimiyyəti onlara daha böyük dəstək verir. Bu ədalətsizlikdi”.

Parislilərin bossu təxribatçı “İspaniyada PSJ-nin daim “dövlət klubu” adlandırılması sizi narahat etmirmi” sualını cavablayarkən belə deyib. Əl-Xelayfinin cavabında maraqlı məqamlar var. Messi – Mbappe – Neymar hücum “üçlüy”ünə malik klubun rəhbəri kimisə ədalətsiz maliyyə oyununda ittiham edir. İstənilən halda, onun müəmmalı eyhamını araşdırmağa dəyər. “İspaniyada bəzi klublar” deyərkən kimləri nəzərdə tutur? Dövlətin dəstəyi nə deməkdi? Stadion ittihamının arxasında nə gizlənir? Hipotezlər irəli sürək.

“Barsa” ilə “Real”a ilişir – çox güman, xüsusi vergi rejiminə görə

1990-cı ilin oktyabrında İspaniyada idman biznesi baxımından inqilabi sayila biləsi 10/1990 saylı İdman qanunu qəbul olunub. Bütün yerli peşəkar idman klubları məcburi şəkildə yeni təşkilati-hüquqi formaya keçib, yəni məhdud məsuliyyətli idman ictimai birliklərinə (Sociedad Anónima Deportiva). Məhz onda əksər komandaların adına SAD abbreviaturası əlavə olunub, məsələn, Villarreal Club de Fútbol SAD və ya Sevilla Fútbol Club SAD. Buna qədər idman klubları qeyri-kommersiya qurumları (Entidades sin ánimo de lucro) statusu ilə yaşayır, maliyyə hesabatlılığı baxımından ciddi tələblərlə üzləşmirdilər. Dəyişikliyin əsas ideyası bu idi ki, klublar daha məsuliyyətli və şəffaf idarə olunsun, dəyşikliyi şərtləndirən səbəb isə bu idi ki, İspaniya peşəkar idmanı borc içində üzürdü. Hakim dairələr belə hesab edirdi ki, klublar pis idarə olunur, onların üzvləri, menecerləri iqtisadi itkilərə görə heç bir məsuliyyət daşımır. Ancaq qanunda istisnalar da var idi. 7-ci əlavə qayda son 5 mövsümdə müsbət maliyyə balansına malik olan klublara əvvəlki hüquqi strukturu saxlamaq imkanı verirdi. Bu düzəliş belə klubların “yaxşı korporativ idarəçiliyinə” söykənirdi, yəni onların durumu dövlətdə narahatlıq doğurmurdu. İstisna 4 kluba – “Real”, “Barselona”, “Atletik” və “Osasuna”ya aid edildi. Ancaq klubların seçim imkanı da var idi – onlar könüllü şəkildə SAD formasına keçə bilərdi. Belə bir versiya dolaşır ki, “Barsa” və “Real”ın o vaxtkı prezidentləri – Xosep Luis Nunyes və Ramon Mendosa 1990-cı illərin əvvəlində mövcud olan böhran şəraitində hökumətlə “7-ci düzəliş”i razılaşdıra bilib. Qeyri-kommersiya təşlilatı kimi qalan adı çəkilən “dördlük” başqa klublarla müqayisədə 5 faizlik vergi güzəşti qazandı. Qalan klublar isə qeyri-kommersiya qurumu statusuna dönmək imkanından məhrum olundu – hətta gələcəkdə maliyyə durumunu düzəltsələr də belə.

Avropa İttifaqı İspaniya vergi qanunvericiliyində pozuntular tapdı

2009-un noyabrında Avropa İttifaqının rəqabətin müdafiəsi ilə məşğul olan orqanları “vətəndaşların göndərdiyi təfsilatlı informasiya” əsasında İspaniyadakı güzəştli vergi rejimi ilə maraqlandı. Ancaq bu tarixçə 2013-də yeni inkişaf mərhələsinə qədəm qoydy – Avropa İttifaqı (Aİ) İspaniya hakimiyyət dairələrinin daxili bazarla uzlaşmayan dövlət dəstəyi ilə bağlı hərəkətlərini rəsmi şəkildə araşdırmaya başladı. Avropa İttifaqının fəaliyyəti haqqında müqavilənin 108-ci bəndi quruma belə hüquq tanıyır. 2016-nın iyulunda müvafiq komissiya aşağıdakı nəticələrə gəldi:

• İspaniya krallığı vergi güzəşti ilə 4 kluba qeyri-qanuni yardım edib.

• Hakimiyyət orqanları fərqli münasibətə son qoymalı, həmin 4 klubdan SAD hüquqi formasına keçid dövründən bəri ödəməli olduqları vergi məbləğini tələb etməlidi.

Bu qərar həm də onunla əsaslandırılırdı ki, 4 klubun fəaliyyəti gəlir götürməyə yənəlib. Məsələn, “Real”ın illik hesabatları 2010/11 mövsümündə 47 milyon, 2011/12 mövsümündə 32 milyon, 2012/13 mövsümündə yenə 47 milyon qazanc göstərirdi. Beləliklə, güzəştli vergi rejimi ilə çalışan klub həm rəqibləri üzərində üstünlük qazanır, həm də dövlət büdcəsini müəyyən qazancdan məhrum edirdi. Aİ-nin qərarı hamıdan çox “Barsa”nı qəzəbləndirdi – kataloniyalılar dərhal Lüksemburqdakı Avropa məhkəməsində iddia qaldırdı. Ardından bu iddiaya İspaniyanın hakim dairələri də qoşuldu. Onlar belə hesab edirdi ki, fərqli vergi rejimləri İspaniya vergi sisteminin daxili məntiqinə əsaslanır. 2019-da Avropa məhkəməsi ispanları dəstəklədi – Aİ komissiyasının qərarları ləğv olundu.

Ancaq hüquqi müharibə bitmədi. 2021-ci ilin martında Aİ komissiyası son apellyasiyada qalib gəldi. Ən yüksək instansiya məhkəməsi qərar verdi ki, İspaniya hakimiyyəti hüquqa uyğun olmayan differensiasiayaya yol verib. “Real”, “Barsa”, “Atletik” və “Osasuna” yenidən vergi borcunu ödəməyə məhkum olundu, ancaq bu borc 5 milyon avro ilə məhdudlaşdırıldı. Bununla da bu məsələyə nöqtə qoyuldu.

Onu da qeyd etmək lazımdı ki, artıq dövlət yardımının göstərilən forması, yəni 4 klub üçün istisna dövrü aktual deyil. Xüsusi vergi rejimi bitib – 2016-dan bəri idman ictimai birlikləri (SAD) üçün korporativ vergi təklifləri 25 faizə endirilib, yəni həmin vaxtdan bəri hüquqi formasından asılı olmayaraq, bütün klublar eyni qaydada vergi ödəyir.

Əl-Xelayfi hansı stadionu nəzərdə tutur?

“Barsa” idman obyektlərinin, o cümlədən “Nou Kamp”ın genişmiqyaslı yenidən qurulmasına həyata keçirməkdədi. Klub bu məqsədlə 1,5 milyard avro kredit götürüb ki, pulun 900 milyonu əsas arenanın yenilənməsinə xərclənəcək. Stadionun tutumu 99 mindən 105 minə çatdırılacaq, “Barsa” “Nou Kamp”a 2024/25 mövsümündə qayıdacaq, ancaq bir mövsüm də yerlərin sayında 50 faizlik məhdudlaşdırma ilə çıxış edəcək. Bütün işlər 2025/26 mövsümünün startına qədər yekunlaşacaq.

Bu üzdən kataloniyalılar növbəti mövsümdə Barselonadakı bələdiyyə Olimpiya stadionuna (Estadio Olímpico Lluís Companys) köçəcək. Bu stadionun sahibi Barselonanın şəhər şurasıdı, operator rolunu isə bələdiyyə xidmət şirkəti olan “Barcelona de Serveis Municipals” oynayır. Zahirən bu məqam “şəhərin ortasında stadion” ifadəsi üçün yarayır, ancaq PSJ-nin bossunun qiymətini əvvəlcə “möhtəşəm” və “heç bir ödənişsiz” hissələrinə bölək. Multiidman olimpiya stadionu 1927-ci ildə tikilib, Olimpiada-92 ərəfəsində gerçəkləşən son yenidənqurmanın üzərindən 30 il keçir. 2009-cu ilə qədər “Espanyol” bu stadionda ev oyunlarını keçirib. Köhnə, kimlər üçünsə tarixi, ancaq doğrudanmı “möhtəşəm”? Doğrudan da, stadionun illik icarə haqqı ilə bağlı ictimaiyyətə heç bir açıqlama verilməyib, ancaq bu arenanın “Barsa”ya heç bir ödənişsiz qismət olması deməkdimi?

Əl-Xelayfinin müsahibəsi işıq üzü görəndən dərhal sonra “Barsa”nın prezidenti Xuan Laporta dəqiqləşdirdi ki, kataloniyalılar Olimpiya stadionunun durumunun qaydaya salınmasına 15-20 milyon avro pul xərcləyəcəklər. Bəlkə də bu elə icarə puludu:

“Üzərimizə Olimpiya stadionundakı obyektlərin yaxşılaşdırılması öhdəliyini götürmüşük, bunların bir qismi artıq qaydaya salınıb. Mətbuat lojası, paltardəyişmə otaqları və parklanma yeri də müasirləşdiriləcək”.

Bəlkə söhbət “Santyaqo Bernabeu”dan gedir?

2011-ci ildə “vətəndaşların göndərdikləri informasiya” (bu ifadə tanış gəldimi?) əsasında Avropa İttifaqı “Real”ın “Santyaqo Bernabeu” ətrafındakı torpaq sahəsi ilə bağlı dövətdən qeyri-qanuni yardım almasının mümkünlüyü iddiası ilə təhqiqata başladı. Məsələnin tarixçəsi belədi. “Real” 1991-ci ildən bəri Madrid hüdudları daxilində ərazi dəyiş-düyüşü ilə bağlı bələdiyyə orqanlarıyla çoxlu müqavilə imzalayıb. Şəhər şurası boynuna öhdəlik götürmüşdü ki, “Bernabeu” önündə kluba 5216 kvadrat metrlik torpaq sahəsi versin. “Real” bundan stadion ərazisində kompleks yenidənqurma işləri həyata keçirmək üçün yararlanmağı planlaşdırırdı – stadiona hərəkət edən dam qoyacaq, ticarət mərkəzi və otel tikəcəkdi.

Madridin hakimiyyət orqanları bunun üçün stadion önündəki torpaq sahəsinin təsnifatına düzəliş etdi ki, kommersiya məqsədi ilə yararlanmaq mümkün olsun. Madridin Ali məhkəməsi 2015-ci ildə düzəlişi ləğv etməklə həmin məqamda faktiki “Real”ın planlarının üzərindən xətt çəkdi. Ancaq Avropa İttifaqının komissiyasını maraqlandıran məqam bu deyildi. Komissiya belə hesab edirdi ki, büyün bu dəyiş-düyüş zamanı “Real” İspaniya büdcəsindən 18,4 milyon avro alıb, bu isə qeyri-qanuni dövlət yardımıdı. 2016-cı ildə madridlilərin həmin pulu dövlət büdcəsinə qaytarmağa borclu olmasına qərar verildi. Ancaq “Real” 2019-da elə Lüksemburqdakı Avropa məhkəməsi vasitəsi ilə Avropa İttifaqının komissiyasının qərarını ləğv etdirdi. Çətin ki PSJ-nin bossu məhz bu tarixçəni nəzərdə tutur – “Santyaqo Bernabeu” tikildiyi 1947-ci ildən bəri “Real”a məxsusdu, arena önündəki torpaq sahəsi ilə bağlı mübahisədə də məhkəmə madridliləri haqlı çıxarıb. Əlbəttə, dolaşıq tarixçədi, ancaq “heç bir ödənişsiz stadion” təyininə uyğun gəlmir.

Belə çıxır ki, Əl-Xelayfinin gileyinin əsası yoxdu?

Stadionla bağlı iradı qəbul etmək çətindi. Ya da Əl-Xelayfi nəyisə bilir, amma sona qədər demir. İspaniya nəhənglərinin uzun müddət dövlətdən vergi güzəşti almasiyla bağlı ittihamı təkzib etmək çətindi. Yuxarıda da xatırlatdığımız kimi, bu artıq məhkəmədə də sübuta yetirilib. Ancaq burda iki məntiqli sual yaranır. Məsələn, “Barselona” ilə “Elçe”nin vergi ödəməsi arasındakı fərq PSJ-yə necə təsir göstərir? 2016-cı ildən bəri İspaniyanın bütün klubları eyni şəkildə problem ödəyirsə, problem nədədi?

Əsas budu ki, hazırda PSJ və “Real”/“Barsa” tandemi üçün vergi təklifləeri eynidi. Fransada korporativ vergi tarifləri son 4 ildə 33 faizdən İspaniyada olan 25 faizə enib. PSJ bəyan edir ki, sosial və vergi ödənişləri qismində Fransanın dövlət büdcəsinə böyük pullar köçürür. Son 10 ildə bu məbləğ 1,9 milyard avro təşkil edib, 2019/20 mövsümündə isə 269,3 milyon avro. “Real”ın elə həmin mövsüm üçün vergi və sosial ödənişlərinin həcmi 286,4 milyon avrodu. Belə görünür ki, PSJ-nin bossu, sadəcə, faktlarla jonqlyorluq edir. Və ya “Atletik” və “Osasuna” ilə bağlı nələrisə bilmirik.

Məhkəmə çəkişməsi olacaqmı?

Aydın məsələdi ki, PSJ-nin bossunun emosional hücumu La Liqa rəhbərliyinin parislilər və “Mançester Siti”dən “maliyyə feyr-pley”inin mümkün pozutusu halları ilə bağlı UEFA-ya şikayət etməsinə cavabdı. “Real”a transferi alınmayan Kilian Mbappenin PSJ ilə müqaviləni yeniləməsi və Erlinq Holannın “Siti”yə keçidi İspaniya futbolunun rəhbərliyini özündən çıxarıb. La Liqa Avropa Məhkəməsində, Fransa və İsveçrə məhkəmələrində iddia qaldıracağı ilə bağlı təhdid edir, “ona görə ki, bu klublar daim “maliyyə feyr-pleyi” prinisipinin qaydalarını pozur”. Əl-Xelayfi müsahibəsində məhkəmə təhdidinə cavab olaraq deyir ki, ümumiyyətlə, Xavyer Tebasın (La Liqanın başçısı – red.) kim olduğunu bilmir:

“Bizim üslubumuz başqa klubların, liqaların və ya federasiyaların işinə qarışmamaqdı. Ancaq başqalarının bizə dərs verməsiylə barışmaq fikrim də yoxdu”.

Xavyer Tebas da sosial şəbəkədə ona gözlənilən cavabı verir:

“Əl-Xelayfi hamımızı axmaq yerinə qoyur. PSJ üçün qayda-qanun yoxdu. Fırıldaqqsız, sabit futbol uğrunda mübarizəni davam etdirəcəyik”.

Beləliklə, tərəflər bir-birinə dərs verməyə həvəslənib. Belə görünür ki, kimin kimə dərs verməməli olduğuna dair suala məhkəmədə aydınlıq gələcək.

Paylaş:
Digər xəbərlər

Aktual

10-05-2022, 00:0

Mbappe Madriddə nə gəzir?

Dünya futbolu

1-05-2022, 19:0

Kannavaro İspaniyada hansı klubu çalışdıracaq?

Aktual
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
Son xəbərlər
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 181
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə