PSJ-nin hücumçusu Kilian Mbappe Madridə baş çəkib. “As” qəzetinin yaydığı xəbərə görə, fransalı ulduz bu gün İspaniya paytaxtındakı restoranlardan birində görünüb. O, parislilərin müdafiəçisi Əşrəf Hakimi və onun qardaşı, eləcə də başqa iki şəxslə birgə nahar edir. Xəbərdə o da qeyd olunur ki, PSJ-nin futbolçularına çərşənbə gününə qədər istirahət verilib.
PSJ-nin prezidenti Nasser Əl-Xelayfi də Madriddədi. O da İspaniya paytaxtına Avropa Klublar Assosiasiyasının “Vanda Metropolitano” stadionundankı tədbirinə qatılmaq üçün yollanıb. Xatırladaq ki, aylardı Mbappenin mövsüm bitəndən sonra azad agent qismində PSJ-dən “Real”a keçəcəyi ilə bağlı xəbərlər dolaşır.