Teymur Rəcəbov İddiaçılar Turnirində növbəti görüşünü keçirəcək

22.06.2022 10:15 521
İdman
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

"Football -plus.az" xəbər verir ki, 35 yaşlı qrossmeyster V turda ağ fiqurlarla çinli Dinq Liren ilə üz-üzə gələcək. Rəcəbov FIDE reytinqinin ikincisinə qarşı ağ fiqurlarla oynayacaq.

Teymur I və III turlarda, müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca və FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi ilə "sülh"ə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. Təcrübəli şahmatçı hazırda 1,5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 3 xala sahib Yan Nepomnyaşidi.

İddiaçılar Turniri
V tur

Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin)
Fabiano Karuana (ABŞ) - Rixard Rapport (Macarıstan)
Alireza Firuzca (Fransa) - Yan-Kşiştof Duda (Polşa)
Hikaru Nakamura (ABŞ) - Yan Nepomnyaşi (FIDE)

Xal durumu: Nepomnyaşi - 3, Karuana - 2,5, Duda, Rapport, Nakamura - 2, Liren, Rəcəbov, Firuzca - 1,5.