Millimiz Qazaxıstana qalib gəldi

24.10.2025 20:25 11
Ölkə futbolu
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət millimiz bu gün ilk yoldaşlıq görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda Qazaxıstan yığması ilə qarşılaşıb. Çimkənd şəhər stadionunda təşkil olunan görüşdə millimiz 2:1 hesabı ilə qələbə qazanıb.

24 oktyabr
Qazaxıstan - Azərbaycan - 1:2

Qollar: Esra Manya, 30, Sevinc Cəfərzadə, 82
Baş hakim: Gulşoda Saidkulova (Özbəkistan)
Çimkənd, şəhər stadionu.