Teymur ABŞ-lı şahmatçı ilə qarşılaşacaq

18.06.2022 10:00 430
İdman
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Football-plus.az xəbər verir ki, 35 yaşlı qrossmeyster II turda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq.

İlk turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən Rəcəbov 0,5 xalla 3-6 -cı yerləri bölüşdürür.

İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.