Rəcəbov heç-heçə etdi

21.06.2022 21:33 389
İdman
Şahmat üzrə İddiaçılar Turniri davam edir.

"Football -plus.az" xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov IV turda polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. Qara fiqurlarla oynayan 35 yaşlı şahmatçı 41-ci gedişdə heç-heçəyə razılaşıb.

I və III turda müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca və FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi ilə sülhə razılaşan, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Teymur hazırda 1,5 xalla 6-7-xı sıralara şərikdi.