“Futbolda hər gün yeni qərarlar çıxır” - Azər Bağırov

24.10.2025 19:54 36
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 9-cu turunda “Kəpəz” “İmişli” önündə darmadağın oldu – 0:3.

“Football-plus.az” gəncəlilərin baş məşqçisi Azər Bağırovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.

- Çox ağır məğlubiyyətdi. Qırmızı vərəqəyə qədər pis oynamadıq. Nələrsə alınırdı. Azlıqda qalandan sonra komanda oyununu itirdi.

- “Şamaxı” ilə oyunda qələbə təsadüf idi?
- Sual doğru deyil, məncə. Futboldu da. Şamaxıda hesabda öndə olarkən rəqib qırmızı vərəqə almışdı.

- İkinci və üçüncü qollar yaxın küncdən buraxıldı…
- Şərhə ehtiyac yoxdu. Çox danışmaq olar, amma iş görmək lazımdı. Qışa qədər xal toplamaq lazımdı.

- Qapıçı transferi olacaq?
- Hər şey ola bilər. Gözləyin.

- Hakimlik barədə fikirləriniz?
- Futbolda hər gün yeni qərarlar çıxır. Biz də xəbərsizik. 2010-cu ildən böyük futboldayam. Belə şey görməmişəm. Kral onlardı, nə istəyirlər, edirlər. Biz də fəhləyik. Onlara görə döyülək, söyülək…

- Qapıçı seçimi nəyə görə idi?
Məşqlərə əsasən. İntizam, başqa məqamlar nəzərə alınır. Qapıçı məşqçisindən də soruşuruq.

MÜZƏFFƏR QULUZADƏ