“Şəmkir”ə müvəqqəti yeni baş məşqçisi təyin edilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib.
Vüqar Nadirovla yolların qarşılıqlı razılıq əsasında ayrılmasından sonra "Şəmkir"i müvəqqəti olaraq baş məşqçinin köməkçisi Kamran İsmayılov çalışdıracaq.
O, qarşıdakı oyunlarda komandaya rəhbərlik edəcək və məşq prosesi onun nəzarəti altında davam edəcək.
“Şəmkir”ə müvəqqəti baş məşqçi təyin edildi - RƏSMİ
Ölkə futbolu





