“Marca” Qurban Qurbanovu Valverdeylə müqayisədə zəif gördü! – Kadiylə Zubir isə...

24.10.2025 10:31 229
Ölkə futbolu / Manşet
İspaniyanın məşhur nəşri “Marca” Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunun “Atletik” – “Qarabağ” oyunuyla bağlı qiymətləndirmələrini açıqlayıb.

“Football-plus.az”ın məlumatına görə, həmkarlarımız “şirlər”in baş məşqçisi Ernesto Valverdeyə 2, “köhlən aylar”ın çalışdırıcısı Qurbanova 1 ulduz verib.

Bilbao təmsilçisinin futbolçularından matçda dubl müəllifi olan Qorka Qurusete 3, iki məhsuldar ötürməylə yadda qalan Mikel Xauregisar, bir qolun ötürməsini verən Aleks Berenger, üçüncü qolu vuran Robert Navarro və 65-ci dəqiqədə əvəzlənən Alexandro Reqo 2 ulduzla qiymətləndirilib. Meydan sahiblərinin qalan oyunçuları 1 ulduz alıb.
“Qarabağ”dan 3 ulduz alan futbolçu olmasa da, kapitan Abdulla Zubir və Kadi Borges 2, qalan oyunçular isə 1 ulduz alıb.

Xatırladaq ki, Ağdam təmsilçisi Bilbaodan məğlub qayıdıb – 1:3.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul