Rəcəbov Firuzcaya qarşı

17.06.2022 14:09 364
İdman
Bu gün İspaniyanın paytaxtı Madriddə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da iştirak etdiyi İddiaçıların turniri başlayacaq.

"Football-plus.az" xəbər verir ki, qroossmeysterimiz ilk turda ağ fiqurlarla fransalı Əlirza Firuzcaya qarşı oynayacaq.

İki dövrədən ibarət yarışda 8 qrossmeyster dünya şahmat tacı uğrunda görüşdə oynamaq üçün mübarizə aparır.

İddiaçıların turniri
1-ci tur
Teymur Rəcəbov - Əlirza Firuzca (Fransa)
Dinq Lijen (Çin) – Yan Nepomnyaşi (Rusiya)
Yan-Kşiştof Duda (Polşa) – Rixard Rapport (Rumıniya)
Fabiano Karuana (ABŞ) – Hikaru Nakamura (ABŞ)