“Atletik” “Qarabağ”la oyun ərəfəsində: bütün komponentlərdə uduzdu, hesabdan başqa!

19.10.2025 18:45 203
Aktual
İspaniya La Liqasında 9-cu tur davam edir.

Oktyabrın 22-də Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ı qəbul edəcək “Atletik” bu gün meydana çıxıb. Mövsümün kəşflərindən “Elçe”nin qonağı olan Bilbao klubu meydandan qolsuz heç-heçə ilə ayrılıb. Əvvəlcə Ernesto Valverdenin bu oyunda güvəndiyi heyətə baxaq: Simon, Berçiçe, Lyaport (Paredes, 81), Vivian, Areso, Xauregisar, De Qalarreta (Reqo, 68), Navarro (N.Uilyams, 46), Sanset (Qomes, 59), Berenger, Quruseta (İ.Uilyams, 46).

“Elçe” ilk yarıda necə üstün oyun göstərdisə, qonaqların baş məşqçisi 2-ci hissəyə Uilyams qardaşlarını meydana buraxmaqla başladı. Ancaq təşəbbüs yenə də meydan sahiblərinin tərəfindəydi. Sadəcə, İspaniya yığmasının da şərəfini qoruyan Unay Simon qapıda divə çevrilmişdi. O, Andre Silvanın, Rodriqo Mendosanın və başqa “Elçe” oyunçularının fərqlənməsinə imkan vermədi. Oyunun axarı ilə bağlı uzun-uzadı danışmaq əvəzinə əsas statistik göstəriciləri xatırlatmaq kifayətdi:

15 (5) qapıya (“çərçivə”yə) zərbə 4 (1)
6 korner 2
87 ötürmə dəqiqliyi (faizlə) 73
69 topa yiyələnmə (faizlə) 31
3 ofsayd 3
14 fol 20

Bir sözlə, bütün əlamətlər “Atletik”in bu gün heç də ideal vəziyyətdə olmamasından, “Qarabağ”ın səfərdə xal qazanmasının mümkünlüyündən xəbər verir. Haydı irəli, Qurban Qurbanovun əsgəri!

ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul