Klopp üçün yeni vəzifə

24.10.2025 23:38 12
Dünya futbolu
“Borussiya” (Dortmund) və “Liverpul”un sabiq baş məşqçisi Yürgen Klopp üçün yeni vəzifə müəyyən edilib.

"Football-plus.az" xəbər verir ki, hazırda “Red Bull” şirkətinin futbol şöbəsinin rəhbəri olan mütəxəssis Almaniya Futbol Liqasının yeni ekspert komitəsinə üzv seçilib.

“The Sun” nəşrinin yaydığı məlumata görə, komitənin əsas məqsədi Almaniya futbolunun inkişafına və beynəlxalq arenada rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdı. Bu planda ilk təkliflər 2026-cı ilin yazında müzakirə olunacaq. Bu elit qrupun heyətinə Kloppdan başqa “Real”ın sabiq futbolçusu Sami Xedira və bundesliqanın bir neçə klubunun rəhbərləri də daxil edilib. Bu, Kloppun “Liverpul”dan ayrılandan sonra futbol qurumunda ilk rəsmi vəzifəsidi.

Bununla yanaşı, o, “Red Bull” konsernində də fəaliyyətini davam etdirəcək. Klopp burda qlobal futbol layihələrinin rəhbəri kimi “Leyptsiq”, “Zaltsburq” və “Nyu York Red Bullz” klublarında kuratorluq edir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul