"Qarabağ" Rusiyada şou göstərən azərbaycanlını transfer edir - ulduzu Qurban Qurbanovla parlayacaq!

24.10.2025 22:24 2 356
Aktual / Ölkə futbolu
Moskva "Dinamo"sunun şərəfini qoruyan azərbaycanlı hücumçu Ülvi Babayev karyerasını ölkəmizdə davam etdirə bilər.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, 21 yaşlı futbolçu "Qarabağ"ın diqqət mərkəzindədi. Ağdam təmsilçisi sol cinah vingeri kimi də oynaya bilən soydaşımızı qış "transfer pəncərəsi" çərçivəsində heyətinə qatmaq arzusundadı.
Maraq üçün qeyd edək ki, Ülvi iki gün əvvəl Rusiya kubokunda "Krılya Sovetov"a qarşı keçirilən matçda (4:0) het-trikə imza atıb. Bu mövsüm Rusiya çempionatında 5 oyunda şans qazanan futbolçu 1 qolla yadda qalıb.
Onun "Dinamo" ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. Ülvinin "transfermarkt"dakı dəyəri 350 min avrodu.
MÜZƏFFƏR QULUZADƏ